İzahlı lüğət

BAĞLANMAQ

1. “Bağlamaq”dan məch. Həyətin küncündə, çardağın altında bir çılpaq ağ at bağlanmışdı. C.Məmmədquluzadə. Bahadır atlar bağlanan yerə gedib gördü ki, Novruz xoruldayır. N.Nərimanov.
// Bitmək, bitmiş olduğu elan edilmək. İclas bağlandı.
qayıd. Qapanmaq, qıfıllanmaq, kilidlənmək. Qapı bağlandı. Evdə bağlanıb bayıra çıxmamaq.
məc. Vurulmaq, aşiq olmaq, məftun olmaq, bənd olmaq. Füzuli zülfünə bağlandı, əmma öylə incəldi; Ki, guya zəf onu həm zülfünə bir tari-mu eylər. Füzuli. Nəriman qəlbi ilə nişanlısına nə qədər bərk bağlandığını düşündü. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed