İzahlı lüğət

BİCA

sif. və zərf [fars.] 1. Yersiz, münasibətsiz, mənasız. Bica söz. Bica danışıq.
[Müəllim:] Amma uşaq tayfasına o cür sözləri deməyiniz, bir az bicadır. C.Məmmədquluzadə. Anladım mətləbini, etmə məzəmmət bica. A.Səhhət.
2. Bihudə, əbəs, boş-boşuna, nahaq (çox vaxt “bica yerə” şəklində işlənir). Bica əlləşmə. - Düşmə bica yerə sən bu təməixamə, könül. S.Ə.Şirvani. Bicayerə hər ləhzdə min şurü şərin var; Çox pis nəzərin var. M.Ə.Sabir. [Movlamverdi:] Ay bacılar, ay qardaşlar, axır sizin ağlamağınız bicadır. C.Məmmədquluzadə. [Sara:] Atam üçün qüssə edəcəyimdən qorxursansa, o da bicadır. C.Cabbarlı.
bica-bica zərf bax bica 2-ci mənada. Həzrət saqqalını bica-bica saxlamayırdı. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

BRA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed