/home/shagird/public_html/files/ads/mid_body_additions/ads_block_array_file_25.php

İzahlı lüğət

BƏZƏK

is. Bəzəyən şey, gözəllik verən şey; zinət, yaraşıq. Divar bəzəyi.
// Cavahirat mənasında. Qadın bəzəyi. Bəzək vurmaq.
Bəzək-bəzək ki, deyirlər, cavahirat deyil! Cavahirat bu gün zinəti-həyat deyil! M.Ə. Sabir. [Qətibə:] Mənim qiymətli zinətlərimi gətirin, bəzək şeylərini hazır edin. M.S.Ordubadi. Qızlar bütün bəzəklərini taxmışlar, üst-başları rəngdən-rəngə girərək alışıb-yanır. S.Rüstəm.
// Məc. mənada. Melodiya bəzəklərini yazarkən, hər cür şərti işarələri bir qoyub, bütün notları kiçik şəkildəyazmaq lazımdır. U.Hacıbəyov.
□ Bəzək bəzəmək - bax bəzəmək 2-ci mənada. Bəzək qoymaq - b ax bəzəmək 2-ci mənada. Bəzək vermək - b ax bəzəmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......