İzahlı lüğət

BATİN

is. [ər.] Daxil, iç, iç üz (zahir ziddi). Zahida, gəl soyunaq bir kərə paltarımızı; Çıxaraq zahirə batindəki əfkarımızı. M.Ə.Sabir. Batinin əksidir fəqət zahir. H.Cavid. Zahirən çox sadəlövh görünən bu qızın batində bu qədər hiyləgər olduğuna Əlyarov heç vəchlə inana bilmirdi. M.Hüseyn.
// Gizli. [Fərraşbaşı:] Bəli, batində o da Ağa Mərdanın şəriki imiş! M.F.Axundzadə. Bir qismi də batində dinsiz, amma zahirdə özlərini camaatın nəzərində dindar qələmə verən oxumuşlarımızdır. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

BU

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed