İzahlı lüğət

BUYRUQ

is. Əmr, hökm, sərəncam. Təlaq tamam olduqda, şahın buyruğu ilə onların [hərəmlərin] kəbin kağızlarını Xacə Mübarək yırtdı. M.F.Axundzadə. Biçarə muzdurun damarları qurudu ki, indicə yaranalın buyruğu ilə Həsənəli bəyin özünü tutub, qazamata göndərəcəkdir. S.M.Qənizadə.
□ Buyruq qulu köhn. - hər bir əmr və hökmü korkorana yerinə yetirməyə hazır olan adam haqqında. [Kəmalüddövlə:] Beləliklə, biz .. din rəhbərinin buyruq qulu olaraq azadlıq nemətlərindən məhrumuq. M.F.Axundzadə. Buyruq vermək - əmr vermək, sərəncam vermək. [Molla İbrahim Xəlil] ..Molla Həmid qabağına gələndən sonra, bu növ ilə ona buyruq verir. M.F.Axundzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

BE

BUZ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed