İzahlı lüğət

BƏYAZ

[ər.] 1. sif. Ağ (rəng). Bəyaz gərdəninə siyah tel düzər; Sanasan sonamdır mənim sevdiyim. M.P.Vaqif. Gülüşürpənbə, al bəyaz güllər; Ötüşür hər tərəfdə bülbüllər.
Cavid. [Kərim kişinin] boynu, boğazının altı və bütün siması bəyaz tüklərlə örtülmüşdü. M.İbrahimov.
□ Bəyaz gecə(lər) - b ax ag gecə(lər) (“ağ”da). Burda Çaykovski öz zəkasını; Verib sənətinə bəyaz gecələr; Yazdı romansını, simfoniyasını. M.Rahim. Biz artıq bəyaz gecələr davam edən şimal məntəqəsinə daxil olduq. Ə.Məmmədxanlı.
2. B ax bayaz 2-ci mənada. Savadlı gənclərin bəyazı olardı, bu bəyazlara ana dilindəki şeirlərin nəfis parçaları köçürülər, əzbərlənərdi. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed