İzahlı lüğət

BAYATI

is. 1. Azərbaycan xalq musiqisində həzin bir hava adı. Bayatı çəkmək (demək). - Külli Qarabağın abi-həyatı; Nərmü nazik bayatıdır, bayatı. M.V.Vidadi. [Novruzun] bayatıları Bahadırın dərdini daha da artırırdı. N.Nərimanov. ..Çoban da bayatı nəğməsini tütəyində ucaltdı. S.S.Axundov. Anasından ayrılandan sonra Əbdülkərim bir bayatı çağırmağa izin istədi. Ə.Haqverdiyev.
□ Bayatı-qacar, bayatıəcəm, bayatı-isfahan, bayatı-kürd, bayatışiraz və s. - klassik Azərbaycan musiqisində muğam adları. Ağayi Füzulüzzakir .. neçə dəfə bizim üçün öz segahları ilə, şurları ilə, xüsusən bayatı-qacarları ilə ləzzətiruhani veribdir. Ə.Haqverdiyev.
2. Azərbaycan şifahi xalq ədəbiyyatında nəzm formalarından biri; çox zaman onun dörd misrasından 1, 2 və 4-cüsü həmqafiyə,
cü misrası isə sərbəst olur; məs.: Bu bağça bar olunca; Heyvalar nar olunca; Çatlayır dəli könlüm; Sən mənə yar olunca.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed