İzahlı lüğət

BİLETSİZ

sif. və zərf 1. Bileti olmayan. Biletsiz sərnişinlər cərimə olunur. Tramvayda biletsiz getmək. - O gecə binanın dörd bir tərəfi camaatla dolu idi. Biletlər saat 4-dən qurtardığına görə camaat biletsiz içəri doluşurdu. H.Sarabski.
2. köhn. Pasportsuz. [Kərəməli:] Mən bir yol buradan Salyana biletsiz getmişdim... M.F.Axundzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

BA

BUR