İzahlı lüğət

BÖHTAN

is. [ər.] Birini ləkələmək üçün nahaqdan ona pis bir şey isnad etmə; iftira, şər. Həqqa ki, deyil bu nüktə böhtan; İsbatinə vardır əldə bürhan. Məsihi. [Heydər bəy:] Naçalnik, tamam danışdığı sözlər böhtandır. M.F.Axundzadə. Uryadnik bir-iki dəfə onu
şapalaqladı, yenə də Ağabala böhtana qol qoymadı. Şamilov.
□ Böhtan atmaq - birinə olmayan bir işi və ya sözü isnad vermək; iftira demək, ləkə vurmaq. Böhtan demək (etmək) - b ax böhtan atmaq. [Vəzir:] Məgər heç utanmırsan ki, mənim üzümə qarşı arvadıma böhtan deyirsən? M.F.Axundzadə. Böhtana düşmək - nahaqdan şərə düşmək, iftiraya məruz qalmaq. Böhtana düşən odsuz yanar. (Ata. sözü). Məsum kişi ağır bir böhtana düşmüşdü. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

BON

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed