İzahlı lüğət

BƏNƏVŞƏ

is. [fars.] bax bənövşə. Başına döndüyüm gülüzlü Pəri; Adətdir dərərlər yaz bənəvşəni. Qurbani. Apardı əqlimi bir ahu gözlü; Bir bənəvşə boylu, bir lalə üzlü. M.V.Vidadi. Yaşıl köynəyini geyinir meşə; Yaxama quş kimi qonur bənəvşə. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......