İzahlı lüğət

BİZ-BİZ

zərf Qabarıq halda, dik vəziyyətdə (tük, dəri haqqında). Saçları biz-biz durmaq. Bədənim biz-biz olub.
□□ Tükləri biz-biz durmaq (olmaq) - son dərəcə qorxmaq, dəhşətlənmək; qorxudan, həyəcandan, dəhşətdən tükləri ürpərmək. Elə bir halə düşərsən ki, tükün biz-biz olar. M.Ə.Sabir. Aşpazı apardılar. Mənim tüklərim biz-biz durdu. M.S.Ordubadi. Bu sübh tezdən [katib] şkafin ağzını açarkən gözü icra edilməmiş işlərin tarixinə sataşmış və tükləri biz-biz olmuşdu. S.Rəhimov;
soyuqdan tükləri qabarmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......