İzahlı lüğət

BƏLLİ

sif. Aydın, aşkar, məlum, meydanda olan. Bəlli məsələ.
// Xəbər şəkilçisi ilə: bəllidir - aydındır, məlumdur, aşkardır, görünür. Dudkeş kimi birpapaq başında; Ağ tükləri bəllidir qaşında. M.Ə.Sabir. Əzəldən böyükdür gözəl vətənin; Dünyaya bəllidir şöhrətin sənin. S.Vurğun. Mötəbər mənbələrin verdiyi məlumatdan bəllidir ki, 1735-ci ildə bugünkü Balaxanıda neft verən 52 quyu varmış... M.Hüseyn.
□ Bəlli edilmək - aydınlaşdırılmaq, aşkara çıxarılmaq. Bəlli etmək
aydın etmək, aşkar etmək, aydınlaşdırmaq, zahirə çıxarmaq, üzə çıxarmaq, meydana çıxarmaq. Bəlli olmaq - aydın olmaq, aşkar olmaq, zahirə çıxmaq, zahir olmaq, bilinmək, müəyyənləşmək, müəyyən olmaq. Şəhərdən gətirdiyim toyuğumun balaları böyümüş, tüklənmiş, xoruzu, fərəsi bəlli olmuşdu. A.Şaiq. [Mirzə Səməd:] Mənəm ana, qapını aç, dedikdə qapını açmaq üçün anasının gəldiyi bəlli oldu. M.S.Ordubadi.
// Tanış, tanış olan. Bu halda evin qapısı açıldı və pristavın bəlli səsi onun [Məhərrəmin] beynində müdhiş bir zərbə ilə çınladı. H.Nəzərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed