İzahlı lüğət

BAZA

[əsli yun.] 1. Bünövrə, əsas, özül, bina. İqtisadi baza. - [Sumqayıtda] metallurgiyanın ilk bazası qoyulur. Mir Cəlal.
// Bir şeyin həyata keçirilməsi, yaxud fəaliyyəti üçün lazım olan maddi-texniki şəraitin məcmusu. Texniki baza. Heyvandarlıq üçün yem bazası. Yüngül sənaye üçün xammal bazası yaratmaq. - Qarğıdalı eyni zamanda iki məsələni, yəni həm dən ehtiyatının artırılması, həm də mal-qara üçün möhkəm yem bazası yaradılması məsələlərini həll etməyə imkan verir. (Qəzetlərdən).
Müəyyən bir işə, əməliyyata xidmət üçün hər cür ehtiyat, maddi vəsait, xüsusi təsisat və qurğularla təchiz olunmuş yer, istinad nöqtəsi. Təyyarə bazası. Hərbi-dəniz bazası. Turist bazası.
Mal, məhsul, material və s. saxlamaq üçün yer, anbar. Neft bazası. Kömür bazası. Azərittifaqın meyvə-tərəvəz bazası. - Dairəittifaq sədri Nemətullayev əmtəə bazasında olduğundan bu səfərbərlikdən qalmışdı. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed