İzahlı lüğət

BÖYÜMƏK

f 1. Həcmcə və ya miqdarca artmaq, genişlənmək. Şiş böyümüşdür. Mikroskop altında mikrob yüz dəfə böyümüşdür. Sürülər xeyli böyümüşdür. - Al rənglər getdikcə artır, böyüyür, bir məşəl, bir azadlıq günəşi kimi bütün dünyanı işıqlandırır. M.İbrahimov.
Artmaq, şiddətlənmək, güclənmək, qüvvətlənmək. Mübahisə böyüdü. Qovğa böyüdü. Söhbət böyüdü. - Narazılıq çox zaman böyüyər və ədavətə çevrilərdi. H.Sarabski.
Boy atmaq, uzanmaq, yetişmək, inkişaf etmək. Uşaqlar böyüyür. Evkalipt ağacı çox tez böyüyür. Taxıllar bu il çox gec böyüdü.
Hər hansı bir yerdə ömür keçirmək, yaşamaq, cavanlığını, uşaqlığını keçirmək. Uşaq yaxşı mühitdə böyüyür. - Girdman dağlarının təmiz havasında böyümüş bu qocanın yetmiş yaşı vardısa da, hələ qocalmaqdan şikayət etmirdi. M.Hüseyn.
Vəzifəsi, rütbəsi, nüfuzu, hörməti artmaq; yüksəlmək. Onun vəzifəsi böyümüşdür. - [Zeynəb:] İndi böyümüsən, daha bizə etina göstərməyirsən. B.Talıblı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed