İzahlı lüğət

BİABIR

sif. [fars.] Abırsız.
□ Biabır etmək (eləmək, eyləmək) - abırdan salmaq, rüsvay etmək, adını ləkələmək. [Kərim:] [Süleyman bəy] mənim bacımı biabır eləyib, mən də onun qarnını balıq qarnı kimi cırıb, bağırsaqlarını ayağına dolamasam, atamın oğlu deyiləm. Ə.Haqverdiyev. [Barat:] Yoldaş Şərif nə haqq ilə sən müəllimə Almas xanımı biabır edirsən? C.Cabbarlı. [Tahir:] Qoy, nə deyir desin, məni biabır da eləsə, ürəyimdəkiləri açıb ona söyləyəcəyəm. M.Hüseyn. Biabır olmaq - rüsvay olmaq, ad batırmaq, abırı tökülmək. Camaat qabağında biabır olmaq. - [Hacı İslam:] Bu dəlinin öhdəsindən bəlkə sən gələsən, yoxsa vallahi biabır olduq. C.Məmmədquluzadə. [Balaş:] Çul-çuxası ilə həyətə-zada çıxar, biabır olarıq. C.Cabbarlı. [Mir Mahmud:] Ay Hüseyn, bu nə paltardır əyninə geymisən, çıxart, çıxart, dayın bizə gəlir, biabır olarıq. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed