İzahlı lüğət

BƏXT

is. [fars.] 1. Tale, qismət. O zülf qarə qılıb bəxtimi məgər, Seyyid? Mənim əzəl də bu bəxti-qarəliyim var idi. S.Ə.Şirvani. Kişiyə hər şeydən qabaq bəxt lazımdır. Ə.Haqverdiyev. Mənim böyük düşmənim öz bəxtimdir. M.S.Ordubadi.
Müvəffəqiyyət, uğur. Onun oyunda heç bəxti yoxdur.
Nisbət şəkilçisi ilə, çıxışlıq halda: bəxtimdən, bəxtimizdən (ara söz) - bir hadisə, keyfiyyət və s. münasibəti ilə məmnunluq, razılıq ifadə edir (bəzən mənfi mənada işlənir). Bəxtimizdən hava açıldı. - Bəxtindən işıq sönməsi onun [Qulamın] işini daha asanlaşdırdı. Ə.Əbülhəsən.
□□ Bəxt ulduzu şair. - bəxt simvolu. Bir körpə tək oxşardı məni yaşlı gözəllər; Bəxt ulduzu parlaq və uzun saçlı gözəllər. S.Rüstəm. Bəxt əxtəri (sitarəsi) klas. - b ax bəxt ulduzu. Əxtəri-bəxtim vəbalin gör ki, ol məhdən gələn; Mehrlərdir özgəyə, cövrü cəfalərdir mana. Füzuli. Ey bəxtimin sitarəsi, bu sübh açılmasın; Mahi-rüxün yetər bu gecə karivanə, şəm! S.Ə.Şirvani. Bəxti ayaq üstə durmaq - işi avand olmaq, istədiyinə çatmaq. Bəxti açılmaq - işi yaxşı gətirmək, işi düzəlmək, çətinlikdən, ağır və pis vəziyyətdən qurtarmaq. [Musa kişi:] Bəlkə bu il bəxtimiz açıldı, .. ərbabın su pulunu verdim, uşaqlara əyin-baş düzəldib, bir çərək torpaq ala bildim. M.İbrahimov. Bəxti dönmək - uğursuzluğa məruz qalmaq, işi bəd gətirmək, həyatında çətin və ağır dövr başlamaq. Bəxtim dönüb, evim yıxılıb, izzətim gedib; Seyyid, o mah yar olub əğyarə, ağlaram. S.Ə.Şirvani. Bəxti işləmək- b ax bəxti gətirmək. Bəxti gətirmək - müvəffəq olmaq, işi düz gətirmək, taleyi gətirmək. [Puan Qay] bəxti gətirib 60-70 qəpikdən çox qazananda .. balıq da alıb şad evlərinə gələrdi. S.S.Axundov. Bəxti çönmək - b ax bəxti dönmək. Bəxti çönüb, çünki zəmanə dönüb; Şadü xürrəm işi fəğanə dönüb. M.V.Vidadi. Bəxtinə çıxmaq - 1) yaxşı, ya pis bir şeyə təsadüf etmək, rast olmaq; 2) udmaq, aparmaq (oyunda). Xoş bəxtiniz olsun! - salamatlıq, xoşbəxtlik arzusunu bildirən ifadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed