İzahlı lüğət

BƏHRƏ2

is. 1. Bax bəhər. ..Heydərqulu bəhrəni tamam alıb, Hacı Qara Dinməzə satıbdır... N.Vəzirov. [Alı] bir az əvvəl bostandan ilk bəhrə alaraq, iki araba qovun, qarpız dərib hazırlamışdı. A.Şaiq. Ostapenko arını saxlamağı, bəsləməyi, bəhrə tutmağı bildiyi kimi, balın və mumun mənfəətini də sayardı. Mir Cəlal.
2. Fayda, səmərə, nəticə. Xülasə, diplomatik danışıqlarımız bir bəhrə vermədi və biz, aydındır ki, ümidsizliyə qapıldıq. C.Cabbarlı.
Bəhrə aparmaq - fayda götürmək, səmərə götürmək, faydalanmaq. Pəs aqil gərək cəmi-ləzzəti-dünyəviyyədən bəhrə aparsın... M.F.Axundzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

BA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed