1
AYRI sözünün izahı / AYRI sözünün mənası
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

AYRI

1. zərf Xüsusi, tək, başqası ilə bağlı olmayaraq, müstəqil, özbaşma. O, ataanasından ayrı yaşayır. Ayrı gəzib dolanmaq.
□ Ayrı düşmək - aralı düşmək, uzaq düşmək, uzaqlaşmaq, əlaqəsini itirmək. Ailədən ayrı düşmək. - Vətəndən ayrı düşüb indi laməkan ölürəm. X.Natəvan. Alagözlü, səndən ayrı düşəli; Ah çəkməkdən bağrım qana dönübdür. Aşıq Ələsgər. Sənin vəziyyətin o qədər də çıxılmaz .. deyil, sən ancaq bir-iki gün öz ailəndən ayrı düşmüsən. M.S.Ordubadi. Ayrı salmaq - ayırmaq, uzaqlaşdırmaq, əlaqənin kəsilməsinə səbəb olmaq. Gəlin, çox yormayın sevgilinizi; Fələk ayrı saldı deyəsən bizi. S.Vurğun.
sif. Başqa, əlahiddə, qeyri, digər. Ayrı bir iş. Ayrı məsələ. Ayrı adam. Onun paltarı ayrı parçadandır. - Gördü bir ayrı arı bu halı; Arılardan soruşdu əhvalı. S.Ə.Şirvani. Mən də: - Məlik Məmməd, Qırat nağıllarından ayrısını bilmirəm, - deyə bacım kifayətləndi. S.S.Axundov.
Qoşma mənasında. Qərar etməz könül zülfündən ayrı. Nəsimi. Səndən ayrı bağrım kababə dönmüşdür. M.P.Vaqif.
ayrı-ayrı zərf Hər biri ayrıca olaraq, başqa-başqa, bircə-bircə. Hər kəsi ayrı-ayrı başa salmalı. - Axşamçağı idi, kənd əhalisi
işlərini qurtarıb, arvadlar və kişilər ayrı-ayrı küçə ağzında .. çömbəlmiş oturmuşdular.
Talıblı.
// Tək-tək, bəzi. Ayrı-ayrı tənqidi qeydlər. - Bağ-bağça öz yaşıl donunu çoxdan tökmüş, ayrı-ayrı ağaclarda beş-on saralmış yarpaqdan başqa bir şey qalmamışdı. M.İbrahimov.
□ Ayrı-ayrılıqda - təklikdə, birini təklikdə götürdükdə, özözlüyündə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ADA

1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif