İzahlı lüğət

AYPARA

is. 1. Ayın nazik qövs şəklində olan dövrü; hilal; yeni ay, bir-iki günlük ay.
// Bu cür Ay şəkli. Yenə də Rüxsarə, üstündə qırmızı aypara olan həkim çantasını çiyninə salacaq, sökülən dağı, yıxılan meşələri dolanacaqdır. S.Rəhimov.
köhn. Qızıl, ya gümüşdən qayrılan yarımdairə şəkilli qadın bəzəyi.
B a x ay parçası 2-ci mənada (“ay1”da). Ayparatək üzə bax; Qələm qaşa, gözə bax; Deyirsən sevim səni; Anam deyən sözə bax! (Bayatı). Reyhan mavi göylərdən yerə enmiş bir ayparadır. M.Hüseyn.
□□ Qızıl Aypara Cəmiyyəti - bəzi Şərq xalqlarında Qırmızı Xaç Cəmiyyətinin vəzifəsini daşıyan könüllü təşkilatın adı (keçmişdə buna Hilal əhmər cəmiyyəti deyilərdi). Qızıl Aypara Cəmiyyəti üz verən fəlakətlə əlaqədar Yəmənə 50 ton buğda unu, 10 min metr ağ bez və 1500 ton sement göndərmişdir. (Qəzetlərdən).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

AHU

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed