İzahlı lüğət

ADƏM

[ər.] b a x adam. Səcdə qıl yarə könül, baxma o zahid sözünə; Adəm ol, mətləbi qan, eyləmə şeytan ilə bəhs. S.Ə.Şirvani.
□□ Adəm alması anat. - qığırdağın çıxıq yeri; xirtdək. ..Adəm alması deyilən xirtdək sümüyündən heç bir əsər-əlamət görünməzdi. Ə.Əbülhəsən. Adəm oğlu - bəşər, insan, adam. Sənə kimdir adəm oğlu deyən? Allah! Allah! Allah! Bu sifətdə kim görübdür bəşəri cahan içində. Nəsimi. Adəm övladı
insanlar, bəşəriyyət, insanlıq. ..O vaxtdan şeytan adəm övladının qəlbində qalıb, onu hər birpislik tərəfinə çəkir. Ə.Haqverdiyev. Adəmdən xatəmə - dünyanın əmələ gəlməsindən bu günə kimi, heç bir vaxt. [Molla:] Adəmdən xatəmə görünməyib ki, bir nəfər rəiyyət oğlu bir xanzadənin üzünə ağ olsun. P.Makulu.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed