/home/shagird/public_html/files/ads/mid_body_additions/ads_block_array_file_3.php

İzahlı lüğət

AVAZ

is. [fars.] 1. Səs, səda. Avazın yaxşı gəlir, oxuduğun Quran olsa. (Ata. sözü). Həkim özü yaxşıca avaz ilə oxuyurdu. C.Məmmədquluzadə.
2. Hava, ahəng. Aşıq Qərib sözün deyər avazla; Dindirəndə canım alar o, nazla. “Aşıq Qərib”.
// Mahnı, nəğmə, xoş səs. Avazın gələndə can bihuş olur; Qurbanam o nazik sədayə, Zeynəb! M.P.Vaqif. Ucalır göylərə elin avazı; Gülür bəxtsizlərin ömrünün yazı. S.Rüstəm. Qopdu dodaqlarından ürək açan bir avaz. M.Müşfiq.
□ Avaz etmək - hava ilə oxumaq. Nazənin-nazənin edərsiz avaz; Ruhlar təzələnir, olur sərəfraz. M.P.Vaqif.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......