İzahlı lüğət

ACİZLİK

is. Bacarıqsızlıq, iqtidarsızlıq, zəiflik, cəsarətsizlik, qətiyyətsizlik. İşdə acizlik. Onun bütün müvəffəqiyyətsizliyi acizliyindən doğur. - [Nizami:] Ümidsiz olmaq acizlikdir, insan yer üzünə səadət üçün gəlir. M.Hüseyn.
□ Acizlik göstərmək (etmək) - qorxmaq, cəsarət etməmək. [Cahandar ağa] arvadının qarşısında acizlik edəcəyini duyduğundan, yönünü çevirdi və getmək istədi. İ.Şıxlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ALU

......