İzahlı lüğət

AŞIRMAQ

f 1. Qaldırıb qoymaq, yükləmək. Yükü atın belinə aşırmaq. Yeşiyi dalına aşırmaq.
Üzərindən keçirmək, sallamaq. ..Müsyö Jordan firəngi libasında, qıçın qıçı üstə aşırıb, .. lülələnmiş tənbəki yarpağını yandırıb çəkir. M.F.Axundzadə. Həcər təkrar papağı başına qoydu, əlini aynalıya atdı, kəməri çiyninə aşırdı. S.Rəhimov.
Üzərindən atmaq. Vahid üzərində ağırlaşan yorğanı cəld aşırıb dikəldi. Mir Cəlal. [Heydər] bu yükü aşırmaq və dərdini boşaltmaq istəyirdi. S.Rəhimov.
Yıxmaq, döndərmək, çevirmək, devirmək, endirmək, düşürmək, salmaq. Arabaçı dərədə arabanı aşırdı. - Bir az keçmiş kolların arasından güllələr açıldı. Birinci güllə zənbərəkçini aşırıb dəvədən saldı. Çəmənzəminli.
// Diyirlətmək. Eyvazın briqadasında işləyən bir dəstə iri bir daşı aşıra-aşıra (z.) dərənin qırağına gətirirdi. Ə.Vəliyev.
Hündür bir yerin üstündən keçirmək. Səlim Kərim bəyi meşənin ən sıx yerindən keçirib, təpənin dal tərəfinə aşırdı. Mir Cəlal.
Atlatmaq, keçirmək, yaxa qurtarmaq. Bu bəlanı da başımızdan aşırdıq.
məc. dan. Öldürmək, vurub öldürmək; vurmaq, vurub yıxmaq. Ovçular dünən üç canavar aşırdılar. - Lidiya bir güllə ilə onu [düşməni] aşırdı. Ə.Əbülhəsən.
məc. Bir şeyi acgözlüklə və cəld yemək. [Qonaqlar] sabah açılanda qalxıb, bir cüt.. toyuğun da çığırtmasım aşırdılar. S.Rəhimov.
məc. dan. Birinin malını, pulunu və s.ni mənimsəmək, yemək, udmaq, dağıtmaq, xərcləyib puç etmək.
məc. dan. Öhdəsindən gəlmək, həll etmək. [Ağamərdan:] Hacı Rəcəbəli əldə olmasa, bu işi aşırmaq olmaz. M.F.Axundzadə.
□□ Alığını aşırmaq - b a x alıq. Ayağını başından aşırmaq - b a x ayaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

AKR

AKT

AN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed