Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AÇIQ

sif 1. Qapalı olmayan, örtülü olmayan. Açıq pəncərə. Açıq qutu. Açıq kitab.
Səhər Sona yuxudan ayılıb medalyonu açıq (z.) gördü. N.Nərimanov.
// Qıfılsız, bağlı olmayan. Açıq şkaf Açıq qapı.
Örtüksüz, üstü örtülü olmayan, damı olmayan. Açıq səhnə. Açıq avtomobil. Açıq kinoteatr. Açıq balkon.
□ Açıq havada -qapalı bina xaricində. Yığıncaqdan sonra artistlər açıq havada konsert verdilər. S.Rüstəm.
Heç bir tərəfdən məhdud olmayan, geniş, vüsətli. Açıq səhra. Açıq dəniz. Açıq tarla. - Qayıq dəniz buruqlarının böyründən şütüyərək açıq dənizə çıxdı. M.Hüseyn.
// Hasarı, hüdudu olmayan. Açıq həyət. Açıq meydan.
Sərbəst, maneəsiz, heç bir şeylə məhdud olmayan. Açıq yol. Açıq satış. Açıq müzayidə.
// Zərf mənasında. [Humay] ta çocuqluqdan bəzən açıq və sərbəst olaraq böyümüşdür. H.Cavid.
Buludsuz, aydın, təmiz, tutqun olmayan. Açıq hava. - [Keşikçilər] açıq səmanın fonunda xırdaca qarışqalara bənzəyirdilər. İ.Şıxlı.
is. Açıqlıq, boşluq, meydan. Şəhərin ortasındakı açıqda bağ salınmışdır. - Qalın qara meşənin ortasındakı açığı; Buludlu göydən işıqlandırır Ayın işığı. A.Səhhət.
Rəngi tünd, tutqun olmayan, zəif. Açıq çay. Açıq məhlul. Açıq paltar. Açıq rəng. Açıq ton.
Sahibsiz, boş, heç kəs tərəfindən tutulmamış (vəzifə, yer). İdarəmizdə üç açıq yer var.
□ Açıq qalmaq - boş qalmaq, tutulmamaq.
Müdafiəsiz, hücuma məruz qala bilən. Cəbhənin açıq yerlərinə qüvvə göndərmək.
// Müdafiə edilməyən, möhkəmləndirilməyən, istehkamsız, qeyri-hərbi. Açıq liman. Açıq şəhər.
Çılpaq, üryan, örtüsüz. Açıq baş. Açıq döş. Açıq qol. - Qüdrətin qulağının dibindən tutmuş açıq boynuna qədər qırmızı bir zolaq uzanır. M.İbrahimov.
Hamı üçün sərbəst olan, gizli olmayan. Açıq iclas. - Sən amansız olmalısan, - deyə Əlyarov əlinin hərəkəti ilə sözünün təsirini gücləndirmək istədi, - onların hamısını açıq məhkəmə eləmək lazımdır. M.Hüseyn.
Səmimiyyət ifadə edən, səmimi. Açıq adam. Açıq söhbət. Açıq ürək.
// Zərf mənasında. Heç bir şeyi gizlətmədən, heç bir şeydən çəkinmədən. [Fərhad:] Siz mənimlə açıq danışın; mən də sizin kimi bir adamam; nə qədər açıq danışsanız, bir elə mən sizdən razı olaram. Ə.Haqverdiyev. [Gəldiyev] Verdiyevin söhbətə ayrı rəng verdiyini görüb açıq danışa bilmədi. Mir Cəlal.
Açıq adam - gülərüzlü, safqəlbli. Açıq olmaq - səmimi olmaq, fikrini gizlətməmək. Açıq ürəklə - səmimiyyətlə, sədaqətlə. [Dilaranın anası] buna görə də qızını yola salarkən, açıq ürəklə Həsəni evə gətirməyi ona tapşırırdı. M.İbrahimov. Arası açıq olmaq - yaxın olmaq, aralarında rəsmi münasibət olmamaq. Onunla aramız açıqdır.
Saday onu yaxşı tanısa da, araları bir o qədər açıq deyildir. M.Hüseyn.
Aşkar, bəlli, aydın, heç bir şeylə gizlədilə bilməyən; şübhəsiz. Açıq düşmənçilik. Açıq ədavət. Açıq mübarizə. Açıq yalan.
məc. Aydın anlaşılan, məntiqli. Açıq fikir. Açıq ifadə. Açıq sübut. - [Sabirin] yazdığı şeirlərin çoxu açıq və sadə ana dilində olub məişətimizin eynini göstərməyə görə əzbər öyrənilirdi. F.Köçərli.
// Qabaqcıl, mütərəqqi. Tələbələrdən Qurban Mərəndi adlı birisi öz açıq fikirləri və cəsarətli hərəkətləri ilə Firidunun diqqətini cəlb etmişdi. M.İbrahimov.
□□ Açıq əl məc. - səxavət, comərdlik. Açıq gözlə baxmaq (etmək, getmək və b.k.) - məqsədi, vəzifəni başa düşərək, aydın anlayaraq; şüurlu surətdə. [Zaman:] O da istəməzmi ki, açıq gözü ilə dünya işığına baxsın? Ə.Haqverdiyev. Açıq qapı, qonaqpərəstlik, mehmannəvazlıq, müsafırpərəstlik mənasında. Hacı Kamyabın qapısı hər gələn üçün açıq idi. Ə.Haqverdiyev. Açıq qapı günü - ali məktəbə, işə girmək istəyənlərin məktəb və sənaye müəssisəsi ilə tanış olmaları üçün ayrılan gün. Açıq məktub - 1) poçt kartoçkası; 2) birisinə xitabən qəzet və ya məcmuədə dərc edilən məktub və s. Açıq seçki - açıq səsvermə üsulu ilə keçirilən seçki. Açıq səsvermə-gizli olmayıb, adətən əl qaldırmaqla səsvermə üsulu. Açıq sifət - qəmgin olmayan, şad mənasında. Açıq tamaşa - hər kəsin gələ biləcəyi tamaşa; biletsiz, müftə tamaşa. Açıq yara - hələ sağalmamış yara.
açıq... Mürəkkəb rəng adlarının qabağına gətirilərək, onların tünd, qəliz olmadığını, açığa çaldığını göstərir; məs.: açıq-abı, açıqbənövşəyi, açıq-qırmızı, açıq-sarı, açıqçəhrayı, açıq-yaşıl və s.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

AKR

ALT

AYA

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla