Bolməyə aid atalar sözləri
Atalar sözü ID - 1311Dost dostun sağlığın istər. |
Atalar sözü ID - 1312Dost gəlişi bayram olar. |
Atalar sözü ID - 1313Dost ilə ye iç, alış-veriş eyləmə. |
Atalar sözü ID - 1314Dost ilən bazar dostluğu pozar. |
Atalar sözü ID - 1315Dost məni ansın bir çürük qozla. |
Atalar sözü ID - 1316Dost məni yad eyləsin bir güleyşə nar ilə. |
Atalar sözü ID - 1317Dost min isə azdır, düşmən bir isə çoxdur. |
Atalar sözü ID - 1318Dost olan eyib görməz. |
Atalar sözü ID - 1319Dost sirrin dost bilər. |
Atalar sözü ID - 1320Dost var ağıla-başa gələr, dost var yağlı aşa gələr. |
Atalar sözü ID - 1321Dost yaman gündə tanınar. |
Atalar sözü ID - 1322Dost yolunda boran olar, qar olar. |
Atalar sözü ID - 1323Dosta borc pul vermə, hər ikisi əldən gedər. |
Atalar sözü ID - 1324Dostluq üç almadır: gah ikisi səndə biri məndə, gah ikisi məndə biri səndə. |
Atalar sözü ID - 1325Dostluqla tutub düşmənliklə yıxma. |
Atalar sözü ID - 1326Dostu çox olanın gücü çox olar. |
Atalar sözü ID - 1327Dostu qurd olanın el-obası yurd olar. |
Atalar sözü ID - 1328Dostun sirrin dost bilər. |
Atalar sözü ID - 1329Dostun atdığı daş baş yarmaz. |
Atalar sözü ID - 1330Dostunu ağladan özü gülməz. |
Atalar sözü ID - 1331Dostunu mənə de, deyim sən kimsən. |
Atalar sözü ID - 1332Doşab almışam, bal çıxıb. |
Atalar sözü ID - 1333Dovşana qaç deyir, tazıya tut. |
Atalar sözü ID - 1334Dovşanın gümanı ayaqlarına gələr. |
Atalar sözü ID - 1335Doymacı xatın yeyər, yumruğu yetim. |
Atalar sözü ID - 1336Dövlət can odudur. |
Atalar sözü ID - 1337Dövlətdə - dəvə, övladda - nəvə. |
Atalar sözü ID - 1338Dövlətli kasıb olsa, qırx il iyi getməz. |
Atalar sözü ID - 1339Dövlətli yanın qaşıyanda kasıb elə bilər ona pul verir. |
Atalar sözü ID - 1340Dövlətlinin əlin bıçaq kəsər, kasıb köynəyin parçalar. |
Atalar sözü ID - 1341Dövranı sürən sürsün, hər kəsin macalı var. |
Atalar sözü ID - 1342Döyən, söyən ərim yox, yel aparan yunum var. |
Atalar sözü ID - 1343Döymə kimsənin qapısın, döyməsinlər qapını. |
Atalar sözü ID - 1344Dul arvad gecə yarısı peşman olar. |
Atalar sözü ID - 1345Dul arvad yetim saxlar, naxırçıya minnət qoyar. |
Atalar sözü ID - 1346Dul arvadı qız adına almazlar. |
Atalar sözü ID - 1347Dul arvadın boğçası qoltuğunda olar. |
Atalar sözü ID - 1348Dul arvadın divarı alçaq olar. |
Atalar sözü ID - 1349Dumbul görər oynar, mehrab görər ağlar. |
Atalar sözü ID - 1350Duymuş eşşəyi basmaq olmaz. |
Atalar sözü ID - 1351Duz-çörək - düz çörək. |
Atalar sözü ID - 1352Duzu yeyib duzlağı batırma. |
Atalar sözü ID - 1353Dünən öləni dünən basdırdılar. |
Atalar sözü ID - 1354Dünya bala dönsə, ala qarğa öz yeməyin bilər. |
Atalar sözü ID - 1355Dünya mənim deyənin dünən gəldik yasından. |
Atalar sözü ID - 1356Dünya nərdivandır; biri çıxar, biri düşər. |
Atalar sözü ID - 1357Dünya varına güvənilməz. |
Atalar sözü ID - 1358Dünya yalan dünyadı. |
Atalar sözü ID - 1359Dünyada bir pislik qalar, bir yaxşılıq. |
Atalar sözü ID - 1360Dünyada hər an mərdə arxalan. |
Bu səhifə dəfə baxılıb