Bolməyə aid atalar sözləri
Atalar sözü ID - 1161Dəliyə gündə bayramdır. |
Atalar sözü ID - 1162Dəliyə yel ver, əlinə bel ver. |
Atalar sözü ID - 1163Dəliyə yüz öyrət, bildiyin elər. |
Atalar sözü ID - 1164Dəlləkliyi bizim başımızda öyrənir. |
Atalar sözü ID - 1165Dəm eniş olar, dəm yoxuş. |
Atalar sözü ID - 1166Dəm söhbət - dəm ixtilat. |
Atalar sözü ID - 1167Dəmir döyülə-döyülə polad olur. |
Atalar sözü ID - 1168Dəmir qapının taxta qapıya işi düşər. |
Atalar sözü ID - 1169Dəmiri isti-isti döyərlər. |
Atalar sözü ID - 1170Dəmiri kürədən dəmir çıxardar. |
Atalar sözü ID - 1171Dəmiri nəm çürüdər, igidi qəm. |
Atalar sözü ID - 1172Dəmirsiniz, missiniz, hamınız bir cinssiniz. |
Atalar sözü ID - 1173Dəmli hara gedər? - Dəm ardınca.
|
Atalar sözü ID - 1174Dəmyənin bir Allahı var, sulunun iki. |
Atalar sözü ID - 1175Dəni ellərdən, suyu göllərdən. |
Atalar sözü ID - 1176Dəni məndən yeyir, başqa yerdə yumurtlayır. |
Atalar sözü ID - 1177Dərd adama selnən girər, misqalnan çıxar. |
Atalar sözü ID - 1178Dərd adamı dingildədər. |
Atalar sözü ID - 1179Dərd ağladar, eşq söylədər. |
Atalar sözü ID - 1180Dərd bir olsa ağlamağa nə var. |
Atalar sözü ID - 1181Dərd çəkənə görədir. |
Atalar sözü ID - 1182Dərd dərd üstündən gələr. |
Atalar sözü ID - 1183Dərd dərdə bənzəməz. |
Atalar sözü ID - 1184Dərd gedər, yeri boş qalmaz. |
Atalar sözü ID - 1185Dərd getməz, dəyişər. |
Atalar sözü ID - 1186Dərd var - gələr keçər, dərd var - dələr keçər. |
Atalar sözü ID - 1187Dərd verən dərmanın da verər. |
Atalar sözü ID - 1188Dərdi çəkən bilər. |
Atalar sözü ID - 1189Dərdi dağa verdilər, götürmədi, ancaq insan götürdü. |
Atalar sözü ID - 1190Dərdin qoy dərdim üstə, onu da mən çəkərəm. |
Atalar sözü ID - 1191Dərdini dərd bilənə söylə. |
Atalar sözü ID - 1192Dərdini gizlədən dərmanın tapmaz. |
Atalar sözü ID - 1193Dərdli deyingən olar. |
Atalar sözü ID - 1194Dərdli söylədiyin dəli söyləməz. |
Atalar sözü ID - 1195Dərdlini dindirmə, özü dillənər. |
Atalar sözü ID - 1196Dərə yiyəsiz olanda tülkü bəylik elər. |
Atalar sözü ID - 1197Dərgahın qapısı açıq olanda köpəyin yuxusu gələr. |
Atalar sözü ID - 1198Dərin çay səssiz axar. |
Atalar sözü ID - 1199Dərin su bulanmaz. |
Atalar sözü ID - 1200Dərmana inanma, dərmansız da qalma. |
Atalar sözü ID - 1201Dərviş yabısı hər evin yolunu tanıyar. |
Atalar sözü ID - 1202Dərvişin fikri nə isə, zikri də odur. |
Atalar sözü ID - 1203Dərvişlikdən xəbəri yox, gecə-gündüz təkyə axtarır. |
Atalar sözü ID - 1204Dəryaya bir daş at, ya bir qaya sal. |
Atalar sözü ID - 1205Dərzin az oldu, xırmanı böyük aç. |
Atalar sözü ID - 1206Dərzi öz yırtığını yamamaz. |
Atalar sözü ID - 1207Dərzi yaxası cırıq olar, başmaqçı ayağı yalın. |
Atalar sözü ID - 1208Dərziyə köç dedilər, iynəsini sancdı yaxasına. |
Atalar sözü ID - 1209Dəvə ağır gedər, çox gedər. |
Atalar sözü ID - 1210Dəvə bir xəyal elər, sarvan iki. |
Bu səhifə dəfə baxılıb