Bolməyə aid atalar sözləri
Atalar sözü ID - 660Yoxsul geydi, hamı dedi: hardan gətirdin? |
Atalar sözü ID - 2231Yatma tülkü kölgəsində, qoy yesin aslan səni. |
Atalar sözü ID - 3676Ya bu dəvəni güdməli, ya bu diyardan getməli. |
Atalar sözü ID - 3677Ya dağ ətəyində, ya bəy ətəyində. |
Atalar sözü ID - 3678Ya dəvə ölər, ya dəvəçi, ya da üstündəki hacı. |
Atalar sözü ID - 3679Ya qarnımda, ya könlümdə. |
Atalar sözü ID - 3680Ya lələ şələni basar, ya şələ - lələni. |
Atalar sözü ID - 3681Ya unçu ölər, ya dəyirmançı. |
Atalar sözü ID - 3682Ya zatdan, ya süddən. |
Atalar sözü ID - 3683Yabılarda qotur yabı mərd olar, yorulanda yiyəsinə dərd olar. |
Atalar sözü ID - 3684Yabıya tumar eləsən şıllaq atar. |
Atalar sözü ID - 3685Yad gəlib aşna olunca aşna-yar əldən gedər. |
Atalar sözü ID - 3686Yad itin quyruğu qısılı olar. |
Atalar sözü ID - 3687Yada arxa verən tək qalar. |
Atalar sözü ID - 3688Yaddan yoldaş olunca qardaş əlindən gedər. |
Atalar sözü ID - 3689Yağ yağ üstə gedər, yarma yavan qalar. |
Atalar sözü ID - 3690Yağ yeyən it tükündən məlum elər. |
Atalar sözü ID - 3691Yağlı əlin var sürt öz başına. |
Atalar sözü ID - 3692Yağıdan qalanı yağmur apardı. |
Atalar sözü ID - 3693Yağışdan çıxdıq, yağmura düşdük. |
Atalar sözü ID - 3694Yaxşı at köhnə çulun altda da bilinər. |
Atalar sözü ID - 3695Yaxşı at özünə qamçı vurdurmaz. |
Atalar sözü ID - 3696Yaxşı at yemin artırar, pis at qamçısın. |
Atalar sözü ID - 3697Yaxşı ata bir qamçı, yaman ata min qamçı. |
Atalar sözü ID - 3698Yaxşı bez arşınsız da satılar. |
Atalar sözü ID - 3699Yaxşı biçinçi xərcin yerdən çıxardar. |
Atalar sözü ID - 3700Yaxşı dost qardaşdan əzəldir. |
Atalar sözü ID - 3701Yaxşı dost yaman gündə bilinər. |
Atalar sözü ID - 3702Yaxşı elə yaxşıdı, çalış yamanı yaxşı elə. |
Atalar sözü ID - 3703Yaxşı getməyincə qədri bilinməz. |
Atalar sözü ID - 3704Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayana. |
Atalar sözü ID - 3705Yaxşı gündə yad yaxşı, yaman gündə vay qohum! |
Atalar sözü ID - 3706Yaxşı günün yoldaşı, yaman günüm düşdü gəl! |
Atalar sözü ID - 3707Yaxşı igid dalı gözlər, yaxşı at qabağı. |
Atalar sözü ID - 3708Yaxşı igidin adını eşit, üzünü görmə. |
Atalar sözü ID - 3709Yaxşı niyyət - yarım dövlət. |
Atalar sözü ID - 3710Yaxşı oğul - ata bağı, pis oğul ürək dağıdı. |
Atalar sözü ID - 3711Yaxşı olanda - xanımdan, pis olanda - qaravaşdan. |
Atalar sözü ID - 3712Yaxşı ovçunun toruna ov öz ayağıyla gələr. |
Atalar sözü ID - 3713Yaxşı övlad atasını vəzir elər, pis övlad rəzil. |
Atalar sözü ID - 3714Yaxşı saxla adını; bədnamçılıq el gəzər. |
Atalar sözü ID - 3715Yaxşı saxla aşığı; bədnamçıdı - el gəzər. |
Atalar sözü ID - 3716Yaxşı, yaxşılığın deyilir, yaman, nəyin deyilir? |
Atalar sözü ID - 3717Yaxşıları yer tanıyar. |
Atalar sözü ID - 3718Yaxşılığa yaxşılıq hər kişinin işidi, Yamanlığa yaxşılıq ər kişinin işidi. |
Atalar sözü ID - 3719Yaxşılığa yamanlıq - kor eşşəyə samanlıq! |
Atalar sözü ID - 3720Yaxşılığın əcrin Allahdan istə. |
Atalar sözü ID - 3721Yaxşılıq elə at dəryaya, balıq bilməz, Xalıq bilər. |
Atalar sözü ID - 3722Yaxşılıq baş ucaldar. |
Atalar sözü ID - 3723Yaxşılıq bilməyən adam adam yerinə sayılmaz. |
Bu səhifə dəfə baxılıb