Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 3003

Oğurluğun əvvəli, o da ay işığında.

Atalar sözü ID - 3004

Oğurluq ilə çəngilik qırx gün gedər.

Atalar sözü ID - 3005

Oxuduğunu demə, anladığını de.

Atalar sözü ID - 3006

Oxunu atıb yayını gizlətmə.

Atalar sözü ID - 3007

Olacağa çarə yoxdur.

Atalar sözü ID - 3008

Olan yerdən olacaq.

Atalar sözü ID - 3009

Olan yerdən umarlar.

Atalar sözü ID - 3010

Olanda göz qızarar, olmayanda - üz.

Atalar sözü ID - 3011

Olar aşım suyu, olmaz başım suyu.

Atalar sözü ID - 3012

Oldu ilə öldüyə çarə yoxdur.

Atalar sözü ID - 3013

Olma gözəl, inciməyəsən.

Atalar sözü ID - 3014

Olmuş olacaqdan eyidir.

Atalar sözü ID - 3015

On iki imamı qoyub, gözünü Axırazzamana tikib.

Atalar sözü ID - 3016

Ondan xeyir görən Allahdan bəla çəkər.

Atalar sözü ID - 3017

Orağı kürk vaxtı, kürkü oraq vaxtı alarlar.

Atalar sözü ID - 3018

Orta oyunu orta yerdə oynanar.

Atalar sözü ID - 3019

Ortada gedən dananı qurd yeməz.

Atalar sözü ID - 3020

Ortaqlı malı xalq yeyər.

Atalar sözü ID - 3021

Ortaqlı toyuqdan yalnız yumurta yaxşıdır.

Atalar sözü ID - 3022

Ortalıq qazanı qaynamaz.

Atalar sözü ID - 3023

Oruc tutma, namaz qılma, işin belə rast gətirsin?!.

Atalar sözü ID - 3024

Oruc tutmayanın oğluna Ramazan adı qoyarlar.

Atalar sözü ID - 3025

Orucundan çox razıyam, şeşəsin də tutaram.

Atalar sözü ID - 3026

Ot öz kökü üstə bitər.

Atalar sözü ID - 3027

Ot yolun gah altında bitər, gah üstündə.

Atalar sözü ID - 3028

Otumu otdarsan, kəvşəyimi gətirə bilməzsən.

Atalar sözü ID - 3029

Otuz iki dişdən çıxan otuz iki məhləyə yayılar.

Atalar sözü ID - 3030

Ovçu neçə al bilsə, ayı da onca yol bilir.

Atalar sözü ID - 3031

Ovçu ovda, yolçu yolda gərək.

Atalar sözü ID - 3032

Ovçuya dağı nişan verdilər, ovu nişan verməzlər.

Atalar sözü ID - 3033

Ovu bərəsində vurarlar.

Atalar sözü ID - 3034

Ovurdunda yaxşı yer eləyibsən, baqqal armud versə.

Atalar sözü ID - 3035

Oyağı gözündən elər, yayağı dizindən.

Atalar sözü ID - 3036

Oynamaq bilməyən yerim dardır deyər.

Atalar sözü ID - 3037

Oynamayın, gülməyin, kəndə təzə darğa gəlib.

Atalar sözü ID - 3038

Oynaş yanınnan gəlib ər başı yarır.

Atalar sözü ID - 3039

Oynaşa umudlu olan arvad ərdən olar.

Atalar sözü ID - 3040

Oynayıram, gülürəm, heç oynaş yadımdan çıxmır.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed