Bolməyə aid atalar sözləri
Atalar sözü ID - 2953O baş qorxsun ki, dost yolunda dayanmaz. |
Atalar sözü ID - 2954O dağa yağar, bu dağa yağar, axırda da bura yağar. |
Atalar sözü ID - 2955O gəlsə daşla, sən get aşla. |
Atalar sözü ID - 2956O hacı, bu hacı, kim olacaq boyaqçı?!. |
Atalar sözü ID - 2957O haqverməzdi, bu haqbatırmaz. |
Atalar sözü ID - 2958O qardan bizim də qapıya yağar. |
Atalar sözü ID - 2959O qədər dövlətli deyiləm ki, ucuz şey alam. |
Atalar sözü ID - 2960O qədər küp yanında küpəçələr sınıb ki?! |
Atalar sözü ID - 2961O şahlıq dəvəsidi ki, yüklənməz. |
Atalar sözü ID - 2962O - verdiyin and, bu da buyurduğun qulluq. |
Atalar sözü ID - 2963Oba durdu köçməyə, qarı durdu gəzməyə. |
Atalar sözü ID - 2964Oba köçüb, yurd ağlayır. |
Atalar sözü ID - 2965Oba yiyəsiz qalanda donuz təpəyə çıxar. |
Atalar sözü ID - 2966Oba yox, qara yox, səndən başqa çara yox. |
Atalar sözü ID - 2967Obalar bizə, biz obalara. |
Atalar sözü ID - 2968Ocağın altdan köz, adamın altdan söz. |
Atalar sözü ID - 2969Ocaq içindən tutuşar. |
Atalar sözü ID - 2970Ocaq közsüz olmaz, gəlin sözsüz. |
Atalar sözü ID - 2971Ocaqdan kül əskik olmaz. |
Atalar sözü ID - 2972Od, düşdüyü yeri yandırar. |
Atalar sözü ID - 2973Od hər yana düşsə özünə yer açar. |
Atalar sözü ID - 2974Od olmasa tüstü çıxmaz. |
Atalar sözü ID - 2975Oddan kül törər, küldən nə törər? |
Atalar sözü ID - 2976Oddan, sudan yenə qar amannıdı. |
Atalar sözü ID - 2977Odla pambığın nə aşnalığı?! |
Atalar sözü ID - 2978Odu söndürüb külü ilə oynamazlar. |
Atalar sözü ID - 2979Oduna gedər Daşdəmir, suya gedər Daşdəmir, üzüvü yusun mürdəşir. |
Atalar sözü ID - 2980Oğlan doğdum - oydu məni, qız doğdum - soydu məni. |
Atalar sözü ID - 2981Oğlan evlənər, bəy oldum sanar. |
Atalar sözü ID - 2982Oğlanı kamal ilə, qızı camal ilə. |
Atalar sözü ID - 2983Oğru anası gah döş yeyər, gah döşünə vurar. |
Atalar sözü ID - 2984Oğru elə bağırdı, doğrunun bağrı yarıldı. |
Atalar sözü ID - 2985Oğru elə bilər, hamı oğrudur. |
Atalar sözü ID - 2986Oğru ev olmaz, ev yiyəsini evlilikdən salar. |
Atalar sözü ID - 2987Oğru əyri kolda gizlənər. |
Atalar sözü ID - 2988Oğru it xoflu olar. |
Atalar sözü ID - 2989Oğru it özünü bildirər. |
Atalar sözü ID - 2990Oğru qalana yanar, mal sahibi gedənə. |
Atalar sözü ID - 2991Oğru ol, xoşu ol, dilin olsun. |
Atalar sözü ID - 2992Oğrudan qalanı rəmmal aparar. |
Atalar sözü ID - 2993Oğrudan oğruya halaldır. |
Atalar sözü ID - 2994Oğrunu oğru əliylə tutarlar. |
Atalar sözü ID - 2995Oğruya and verdilər, evinə muştuluqçu getdi. |
Atalar sözü ID - 2996Oğul atadan görər, süfTə açar. |
Atalar sözü ID - 2997Oğul atanın kövşənin əkər. |
Atalar sözü ID - 2998Oğul düşmən qapısına aparar. |
Atalar sözü ID - 2999Oğul yönlü olsa neynir ata malını, Yönsüz olsa neynir ata malını?! |
Atalar sözü ID - 3000Oğulun əfəli qohum yerdən qız alar. |
Atalar sözü ID - 3001Oğurluğa dayın evinə get, tutulanda döyülmə. |
Atalar sözü ID - 3002Oğurluğa getsən, insafı əldən qoyma. |
Bu səhifə dəfə baxılıb