Sizin hazırki nikiniz (ləğəbiniz)

Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 845

Böyük başın böyük də dərdi olur.

Atalar sözü ID - 846

Böyük böyüklüyün bilməsə, kiçik də kiçikliyin bilməz.

Atalar sözü ID - 847

Böyük danışanı kiçik götürər.

Atalar sözü ID - 848

Böyük loxma çeynə, böyük söz danışma.

Atalar sözü ID - 849

Böyük olanın qursağı gen gərək.

Atalar sözü ID - 850

Böyük tikə boğaz yırtar.

Atalar sözü ID - 851

Böyük tökəni kiçik yığar.

Atalar sözü ID - 852

Böyüklərdə zor olar, yalan olmaz.

Atalar sözü ID - 853

Böyüksüz evdə xeyir-bərəkət olmaz.

Atalar sözü ID - 854

Böyüyün tanımayan qibləsin də tanımaz.

Atalar sözü ID - 855

Böyüyün üzünə ağ olanı torpaq götürməz.

Atalar sözü ID - 856

Bu ağıl məndə, o dua səndə - səhərəcən yatarıq.

Atalar sözü ID - 857

Bu arşına bez verməzlər.

Atalar sözü ID - 858

Bu cırım, bu cındırım, mən durum necə sındırım?!

Atalar sözü ID - 859

Bu darı o aclığa çatmaz.

Atalar sözü ID - 860

Bu daş, bu tərəzi.

Atalar sözü ID - 861

Bu dünya dəyirmandı, üyüdər bir gün bizi.

Atalar sözü ID - 862

Bu elti elə bilər o elti dünyanı yedi.

Atalar sözü ID - 863

Bu evin işığı o evə düşməz.

Atalar sözü ID - 864

Bu əlin rənci bu ələ haramdı.

Atalar sözü ID - 865

Bu gün mənə isə sabah da sənədir.

Atalar sözü ID - 866

Bu gün sən deyirsən, sabah sənə deyərlər.

Atalar sözü ID - 867

Bu günün işini sabaha qoyma.

Atalar sözü ID - 868

Bu günün sabahı var.

Atalar sözü ID - 869

Bu gününən çörək qazan, onu da Nurcahan yesin, dindirəndə yalan desin.

Atalar sözü ID - 870

Bu - hələ kamilləri, gör nədir cahilləri.

Atalar sözü ID - 871

Bu qırğına xan dözməz.

Atalar sözü ID - 872

Bu məscidə bu namaz da çoxdur.

Atalar sözü ID - 873

Bu necə bostançıdır? Dəymişi qoyar, kalın dərər?!

Atalar sözü ID - 874

Bu ölü bu şivənə dəyməz.

Atalar sözü ID - 875

Bu şər, bu meydan.

Atalar sözü ID - 876

Bugünkü bağır-övkə sabahın yağlı tikəsindən irəlidir.

Atalar sözü ID - 877

Bugünkü söz sabahkı sözün körpüsüdür.

Atalar sözü ID - 878

Builki sərçə bildirki sərçəyə civ-civ öyrədir.

Atalar sözü ID - 879

Bud əti yemir ki, g...ə yaxındı.

Atalar sözü ID - 880

Buğda çörəyin yoxsa, şirin dilin olsun.

Atalar sözü ID - 881

Buğda olmayan yerdə darını gözə təpərlər.

Atalar sözü ID - 882

Buğdadan, arpadan əlim üzüldü, umudum sənə qaldı, ay darı xırmanı!

Atalar sözü ID - 883

Buğdasını sütül yeyən xırmanda ac qalar.

Atalar sözü ID - 884

Buxarı əyri oldu neylər, tüstüsü düz çıxsın.

Atalar sözü ID - 885

Bulaq başından bulanar.

Atalar sözü ID - 886

Bulaq gərək yerindən bulaq ola.

Atalar sözü ID - 887

Bulaq öz gözünü kor istəməz.

Atalar sözü ID - 888

Bulamac dəliyə qaldı.

Atalar sözü ID - 889

Bulaşıqlı səhəngdən bulanıq su tökülər.

Atalar sözü ID - 890

Burda dilənir, orda zəkat verir.

Atalar sözü ID - 891

Burda oturma, his olarsan, orda oturma, pis olarsan.

Atalar sözü ID - 892

Burnu fırtıqlı quzu buynuzu burma qoç olar.

Atalar sözü ID - 893

Burun-qulaq başın sadağasıdır.

Atalar sözü ID - 894

Buz nazik yerindən sınar.

Bu səhifə 16 dəfə baxılıb