Sizin hazırki nikiniz (ləğəbiniz)

Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 593

Barmağın hansın kəssən, ağrısı birdir.

Atalar sözü ID - 594

Barmağının beşini də bal eləyib ağzına salsan, deyər zəhərləndim.

Atalar sözü ID - 595

Barmaq-barmaq oğurlayan qarış-qarış oğurladar.

Atalar sözü ID - 596

Basdırdığı ölü özündən qabaq gəldi.

Atalar sözü ID - 597

Baş namərd əlindədir; nə kəsər, nə bağışlar.

Atalar sözü ID - 598

Baş onun, daş bunun, mənimki görməməkdi.

Atalar sözü ID - 599

Baş sağ olsun, papaq tapılar.

Atalar sözü ID - 600

Başa dil gətirəni, el gətirə bilməz.

Atalar sözü ID - 601

Başa düş, başımı yar.

Atalar sözü ID - 602

Başa gələn dildən gəlir.

Atalar sözü ID - 603

Başaçığın qaçacağı yer - papaqçı dükanı.

Atalar sözü ID - 604

Baş-başa verməyincə, daş yerindən qopmaz.

Atalar sözü ID - 605

Başbilənsiz iş olmaz.

Atalar sözü ID - 606

Başda oturan bəy olmaz.

Atalar sözü ID - 607

Başımı sındır, məzənnəni sındırma.

Atalar sözü ID - 608

Başımı yarırsan, ətəyimə qoz tökürsən, baxan desin qoz yarıb.

Atalar sözü ID - 609

Başımı yarmağına görə barı daş olaydı.

Atalar sözü ID - 610

Başın keçəl, gözün kor, bəs sənin haran yaxşı?

Atalar sözü ID - 611

Başını itirən tel üçün ağlamaz.

Atalar sözü ID - 612

Başını keçəl eləmə; hər keçəlin taleyi bir olmaz.

Atalar sözü ID - 613

Başuva daş da salsan uca yerdən sal.

Atalar sözü ID - 614

Başladığın işi yarımçıq qoyma.

Atalar sözü ID - 615

Başlı başın saxlasın, mən başımdan bezaram.

Atalar sözü ID - 616

Başmağımı geyə bilərsən, yerişimi yeriyə bilməzsən.

Atalar sözü ID - 617

Başmaq cütlənəndə bilinər.

Atalar sözü ID - 618

Başmaq palçıqsız olmaz.

Atalar sözü ID - 619

Başmaqçının başmağı olmaz, börkçünün börkü.

Atalar sözü ID - 620

Başmaqçının başmağı yırtıq olar.

Atalar sözü ID - 621

Bayırda mini ölsün, evimdə biri ölməsin.

Atalar sözü ID - 622

Bayırı kaşı-çini, içərisi toyuq hini.

Atalar sözü ID - 623

Bayquş xarabalıq sevər.

Atalar sözü ID - 624

Bayquş xarabalığı gülüstana dəyişməz.

Atalar sözü ID - 625

Bayram sümüyü ilə köpək kökəlməz.

Atalar sözü ID - 626

Bayraməlisiz toy olmaz, Qəmbərsiz düyün.

Atalar sözü ID - 627

Bazar içində it qulağı kəsməzlər.

Atalar sözü ID - 628

Bazar quruldu, hesab duruldu.

Atalar sözü ID - 629

Bazarın bazar, qadam sənə, mərdimazar.

Atalar sözü ID - 630

Bekarlıqdansa - culfalıq.

Atalar sözü ID - 631

Belə matahın var, Cəfərabad (Mazandaran) bazarına apar.

Atalar sözü ID - 632

Belə otyeyən idin, nə üçün arıq düşdün?!

Atalar sözü ID - 633

Belə şıllaq atan madyan qulun saxlamaz.

Atalar sözü ID - 634

Belə yatan öküz yük götürməz.

Atalar sözü ID - 635

Beş barmağın beşi də tən deyil.

Atalar sözü ID - 636

Bez geyərəm, düz gəzərəm.

Atalar sözü ID - 637

Bədcinslik maya istəməz.

Atalar sözü ID - 638

Bədəsil əvvəl vəfa göstərər, sonra cəfa.

Atalar sözü ID - 639

Bədəsildən əsil olmaz, boyunca qızıl qala.

Atalar sözü ID - 640

Bədəsili başa çəkərsən, sürüşər ayağa düşər.

Atalar sözü ID - 641

Bədəsilin başmağını cütlərsən, deyər geridə dur.

Atalar sözü ID - 642

Bədrəng də bir rəngdir.

Bu səhifə 15 dəfə baxılıb