
Bolməyə aid atalar sözləri
Atalar sözü ID - 1932Xain adam qorxaq olar. |
Atalar sözü ID - 1933Xain xoflu olar, kor ürkəyən. |
Atalar sözü ID - 1934Xala evinə dadanan ər evinə xeyir verməz. |
Atalar sözü ID - 1935Xalam bildi - aləm bildi. |
Atalar sözü ID - 1936Xalını xovuna sığallarlar. |
Atalar sözü ID - 1937Xalx qız verib quda qazandı, biz qız verib qada qazandıq. |
Atalar sözü ID - 1938Xalqa it hürəndə bizə çaqqal ulayar. |
Atalar sözü ID - 1939Xalqın ağzını bağlamaq olmaz. |
Atalar sözü ID - 1940Xamın gözü böyük olar. |
Atalar sözü ID - 1941Xamır yeyənə etibar yoxdu. |
Atalar sözü ID - 1942Xan qulluğuna gedən atlı gedər, piyada qayıdar. |
Atalar sözü ID - 1943Xan mənə köpək oğlu dedi. |
Atalar sözü ID - 1944Xana yaradı, bəgə yaradı, keçəl Xondi, sənə yaramadı? |
Atalar sözü ID - 1945Xanım sındıran qabın səsi çıxmaz. |
Atalar sözü ID - 1946Xanım-xanım dedilər, axçacığım yedilər, Elə axçam qurtardı, cırtot xanım dedilər. |
Atalar sözü ID - 1947Xarman yellə sovuşar, düyün ellə. |
Atalar sözü ID - 1948Xarmanın tozu bərəkətli olar. |
Atalar sözü ID - 1949Xasiyyətin bilmədiyin atın quyruğun əlləmə. |
Atalar sözü ID - 1950Xata xata üstündən gəlməsə, bir xataya nə var? |
Atalar sözü ID - 1951Xəta insandan baş verər. |
Atalar sözü ID - 1952Xəta məndən, əta səndən. |
Atalar sözü ID - 1953Xeyir içində şərim olunca, şər içində xeyrim olsun. |
Atalar sözü ID - 1954Xeyir istə qonşuna, xeyir çıxsın qarşına. |
Atalar sözü ID - 1955Xeyirsöyləməzə dedilər: xeyir söylə, gəlləm sənə don gətirrəm.
|
Atalar sözü ID - 1956Xeyrat halvasından qarın doymaz. |
Atalar sözü ID - 1957Xeyri olsaydı, adın qoyardılar xeyrəli. |
Atalar sözü ID - 1958Xeyrini görmədiyim oğulun vayını eyləyim. |
Atalar sözü ID - 1959Xeyməgaha girən gərək ağlasın. |
Atalar sözü ID - 1960Xəbərçi köpək oğludu, ona qulaq asan əbləh köpək oğludu. |
Atalar sözü ID - 1961Xəmir suyu çox götürər. |
Atalar sözü ID - 1962Xənçəl yarası sağalar, dil yarası sağalmaz. |
Atalar sözü ID - 1963Xəsisdən alınan yumurtanın sarısı olmaz. |
Atalar sözü ID - 1964Xəstə tələsər, armud vaxtında yetişər. |
Atalar sözü ID - 1965Xəstə yatan ölməz, əcəli yetən ölər. |
Atalar sözü ID - 1966Xəstənin işi qalar, astanın işi qalmaz. |
Atalar sözü ID - 1967Xətir üçün xəstə yatmaq olmaz. |
Atalar sözü ID - 1968Xırçıya qarpız bağışlamazlar. |
Atalar sözü ID - 1969Xışı kötügə dayanıb. |
Atalar sözü ID - 1970Xoruz banlamasa, sabah açılmaz?! |
Atalar sözü ID - 1971Xoruz bir kərə bəzənər. |
Atalar sözü ID - 1972Xoruz ölmüş, gözü çöplükdə qalmış. |
Atalar sözü ID - 1973Xoruz öz küllüyündə banlar. |
Atalar sözü ID - 1974Xoruza quyruğu da yükdü. |
Atalar sözü ID - 1975Xoruzun quyruğu görükür. |
Atalar sözü ID - 1976Xoruzun quyruğuna inanım, tülkünün andına? |
Atalar sözü ID - 1977Xoş sözlə ilan yuvasından çıxar. |
Bu səhifə 575 dəfə baxılıb