İzahlı lüğət

İSTEDAD

is. [ər.] 1. Fitri qabiliyyət, bir şeyi tez mənimsəmə qabiliyyəti; zəka, talant. Şairlik istedadı. - Ey Füzuli, müttəsil dövran müxalifdir mana; Qaliba ərbabi-istedadı dövran istəməz. Füzuli. [Fitnə:] Dünyada istedad, hər böyük hünər; Daima vərdişlə inkişaf edər. A.Şaiq. İstedadlı adam, istedad sahibi. Bəşərin ən böyük istedadları elmdə Tanrının yaratdıqlarının ifadəsini görmüşlər. - [Aydın:] Ancaq Vurğunun bir misrasını yazmaq üçün gərək onun kimi nadir istedad olasan. M.Hüseyn.
Bir şeyi etmək imkanı, bacarığı; qabiliyyət. İstedadı çatmamaq. - Sanki [Murad] vətəndaşlıq hüququnu itirmiş, yaşamaq istedadını qeyb etmişdi. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed