İzahlı lüğət

İLIQ

sif. 1. Azacıq isti, nə soyuq, nə isti, hərarətcə mülayim. Ilıq su. - Bayırda ilıq bir bahar havası tənəffüs edilirdi. S.Hüseyn. Ilıq günəş lopa-lopa buludların arasından üzünü göstərib, havanı qızdırmağa, yeri qurutmağa başlamışdı. Ə.Əbülhəsən. Günəşin ilk ilıq şüaları sularda oynaşırdı. S.Vəliyev.
Tamam bişməmiş, bərk bişməmiş, yarımmaye halında bişmiş. Ilıq yumurta.
məc. şair. Hərarətli, oxşayıcı, nəvazişli, mehriban, xoş. Bu kəlmələrdə xalqın ilıq nəfəsi vardır; Qalib yeni dünyanın ölməyən səsi vardır. R.Rza. Bu zərbələrdən duyduğu ağrılar da .. [Buğaca] anasının ilıq ipək busələri kimi dadlı gələrdi. M.Rzaquluzadə. [Bəyim xalanın] ilıq təbəssümündə, yorğun baxışlarında bir məzəmmət duyurdum. İ.Hüseynov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed