İzahlı lüğət

İSRAR

[ər.] 1. is. Dediyi sözün, tələb etdiyi şeyin, irəli sürdüyü fikir və ya iddianın üstündə durma, təkid göstərmə, dediyindən dönməmə; inad, təkid. Bəsdir, dəxi millət qəmini eyləmə təkrar; Olmaz belə israr! M.Ə.Sabir. Rəmziyyə nə qədər danışdısa, Əhməd qəbul etməyib israrında davam etdi. A.Şaiq. Məhkəmənin israrına görə Molla Xəlil etiraf etdi ki, qadını gözü ilə görməmiş, fəqət qulağı ilə eşitmişdir. S.Hüseyn. İsrar etmək - dediyi sözün, tələb etdiyi şeyin, irəli sürdüyü fikir və ya iddianın üstündə durmaq, dediyindən dönməmək, təkid göstərmək. [Bəhram:] Pəri!.. Elə bil ki, bir qulluqçudur, evdə saxlamısınız, fəqət israr edirsənsə, əlbət ki, sözünü sındırmıram. C.Cabbarlı. Qadınlar eylədi sözündə israr; Töküb göz yaşını, qıldı ah-zar. H.K.Sanılı. İsrarla şəklində zərf - təkidlə, inadla. Kimdən şübhələnirsiniz? - deyə jandarm zabiti israrla soruşdu. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed