İzahlı lüğət

İBTİDA

is. [ər.] Başlanğıc, ilk, əvvəl (intiha ziddi.) Ayın ibtidası. - Insan, ömrünün ibtidasından intihasına qədər möhtacdır təhsili-ülumə. H.Zərdabi. [Şeyx Sənan:] Bir səfərdir bu, adəta, məchul; Qayə məchul, ibtida məchul... H.Cavid. [Murad] bu məqsədlə 1921-ci ilin ibtidasında Bakıdan çıxmış(dı). S.Hüseyn. // sif İlk, birinci. Sonanın ibtida müəlliməsi nəhayətdə ağıllı və pedaqoji elminə qabil bir arvad idi. N.Nərimanov. // zərf Əvvəlcə, ən əvvəl, ibtidada. Ibtida ustaddan dərsim alanda; Oxuyub yetişdim, ay sinə-sinə. Aşıq Ələsgər. □ İbtida etmək (qılmaq) - başlamaq. Ibtida eyləyib girdim meydana; Aşıqlar ustadı, görün handadı? Qurbani.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed