İzahlı lüğət

İNDİCƏ

zərfi Bu saat, bu dəqiqə, bu anda. İndicə getdi. İndicə gələr. İndicə yola saldım. - [Cəlal:] Yox, canım, - dedi, - kişinin babalın yumayın. İndicə küçədə rast gəldik. Çəmənzəminli. Biçarə muzdurun damarları qurudu ki, indicə yaranalın buyuruğu ilə Həsənəli bəy onu tutub qazamata göndərəcəkdir. S.M.Qənizadə. Günün şöləsindən parladıqca qar; Deyirsən: - İndicə əriyəcəkdir. H.Arif.
indicə-indicə zərfi İndi-indi, təzə-təzə, təzəcə, yenicə. Atovun goru üçün, boşla bu Tifli başına; İndicə-indicə ancaq yetir on bir yaşına. M.Ə.Sabir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......