I Bölmə. Fel

11. Feli bağlama. Hissə 1.

Test ID - 3635
Müəllif: ayka_sweet (Əlavə edilib: 16.12.2012)

Aşağıdakı şəkilçilərdən biri feli bağlama şəkilçisi deyil

-madan
-anda
-diq
-inca
-ar...-maz

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Birləşdirilməmiş felinin kökü nədir?

birləş
birləşdir
bir
birləşdirmə
birləşdirilməmiş

Idi, imiş, isə və ikən nədir?

zərf
fel
isim
əvəzlik
heç biri

Sadə zərflər nəyə deyilir?

bir kökdən ibarət olan
leksik şəkilçinin köməyi ilə düzəlir
iki və daha artıq kökdən ibarət olur
-ca, -cə şəkilçisi ilə düzəlir
-araq, -ərəq şəkilçisi ilə düzəlir

Felin şərt şəklinin xüsusi şəkilçisi hansıdır?

- a, - ə
- ası, - əsi
- malı, - məli
- sa, - sə

Aşağıdakı fikirlərdən biri səhvdir:

Qoşmalar, əsasən, isimlərə qoşulur və həmin isimlərlə başqa sözlər arasında əlaqə yaradır
Qoşma ismin bütün hallarında olan sözlərə qoşulur
Qoşmalar ismi əvəz edən əvəzliklərlə, məsdərlə, bəzi zərflərlə, eləcə də substantivləşən başqa sözlərlə də işlənə bilir
Qoşmaların aid olduğu sözlər, hansı nitq hissəsindən olur – olsun, ismin hallarından birində işlənir

“ Olmalıdır ” - felinin morfoloji təhlilindəki səhvi seçin:

Felin vacib şəklindədir
“ dır ” - xəbərlik şəkilçisidir
“ ol ” – felin köküdür
Təsirli feldir

Ədatların qrammatik məna növləri haqqındakı fikirlərdən biri səhvdir:

Məhdudlaşdırıcı ədatlar dialoqlarda işlənir
Qüvvətləndirici ədatlar ayrı – ayrı sözlərin, cümlələrin ifadə etdiyi mənanı qüvvətləndirmək üçün işlədilir
Məhdudlaşdırıcı ədatlar cümlədə bir sözü, bir mənanı başqalarından ayırmaq, fərqləndirmək məqsədilə işlədilir
Sual ədatları cümləyə sual məzmunu verir

“ Sonra ” zərfinin morfoloji təhlilindəki səhvi seçin:

Quruluşca sadə zərfdir
Olmaq felinə aiddir
Zaman zərfidir
Hərəkətin zamanını bildirir

Hansı cümlədə xəbər II şəxsin təkində işlənmişdir?

Siz yaraşıqlı, işıqlı binalarda yarandınız
Onlar həyatı sevirlər
Sən ellər eşqilə yaşayıb yarat
Mən arzular dünyasında yollar gedirəm

Məsdər, feli sifət, feli bağlama üçün ortaq əlamət sayıla bilməz:

Şəxsə görə dəyişməmək
Hər üçünün də fellə yanaşı, ikinci bir nitq hissəsinin də xüsusiyyətlərini daşıması
Kəmiyyətə görə dəyişməmək
İsimləşə bilmək

Düzəltmə feli göstərin:

Gurulda
Qızar
Sıxıntı
Yırğala

Tabelilik bağlayıcıları haqqında fikirlərdən hansı düzgündür?

Tabelilik bağlayıcıları cümlənin əlaqələnməsinə kömək edir
Tabelilik bağlayıcıları eyni hüquqlu sözlərin və eyni hüquqlu cümlələrin əlaqələnməsinə kömək edir
Tabelilik bağlayıcıları cümlənin həmcins üzvlərini, eləcə də tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri bir – biri ilə bağlayır
Tabelilik bağlayıcılarının qrammatik əsası olmur

Hansı cümlədə ədat işlənmişdir:

Alim də, şair də, dağda çoban da
Deyir mahnısını ana dilində
Bilirik ki, Azərbaycanın böyük gələcəyi var
Bilirsiniz ki, dünyada heç şey yox olmur
Axı sən yaxşı oxumalısan

Aşağıdakı cümlələrdən birində modal söz işlənmişdir: (durğu işarəsi qoyulmamışdır )

Yəqin kəndlərdən şəhərə müşavirəyə gəlirlər
Sözün doğrusunu zarafatla deyərlər
Burdan baxdıqda hər şey aydın görünür
Mənə bu haqda bir kəlimə belə demə

Nidalar haqqındakı fikirlərdən biri düzgündür:

Müstəqil leksik mənalı sözlər bəzən nidalara çevrilir
Nidalar dildə söz yaradıcılığında iştirak etmir
Cümlənin sonunda gələn nidalardan sonra vergül qoyulur
Cümlənin əvvəlində gələn nidalardan əvvəl vergül qoyulur

İcbar növdə olan fellərin sırasını göstərin

qanadlandır, varlandır, dərdlədi
tumarladı, baxdır, əyləndir
ütülət, mişarlat, möhürlət
gileyləndir, hirsləndi, həyəcanladı
sıxlaşdır, vidalaşdır, çoxlaşdır

Qoşma ilə bağlayıcının fərqi nədir?

Biri əsas nitq hissəsi,digəri köməkçi nitq hissəsidir.
Qoşma sözlərə qoşularaq müəyyən məna çaları yaradır, bağlayıcı isə sözləri və cümlələri əlaqələndirir.
İkisi də cümlələri bir-biri ilə əlaqələndirir.
Vurğu qəbul etdirlər.
Növləri var.

Mürəkkəb tərkibi feli göstərin:

Gəlmək
Əkib-becərmək
Oyanmaq
Yaşıllaşdırmaq
Üzə bilmək

Hansılar həm qoşma, həm də əsas nitq hissəsi kimi çıxış edə bilər?

savayı, üçün, ötrü
özgə, başqa, sarı
üçün, ayrı, kimi
tək, doğru,ötrü
ilə, haqqında, özgə

Bəli, xeyr, heç sözləri ədatların hansı məna növünə aiddir?

Məhdudlaşdırıcı
Təsdiq və inkar
Qüvvətləndirici
Dəqiqləşdirici
Sual

Birinci hecasında uzanan saiti olan sözləri seçin:

maşın
sərmayə
natəmiz
mənfəət
dəqiqə

Ancaq bunu bilməlisən
Məhəbbətə hörmət olar.
Fellər hansı şəkildədir?

Şərt, xəbər
Xəbər, arzu
lazım, xəbər
vacib, xəbər
Xəbər, şərt

Tərkibində tərzi-hərəkət və yer zərfi olan cümləni göstərin

Evin ağsaqqalı ehtiyatla buranı da səliqəyə saldırdı
Yazda uşaqlar məktəbin həyətində ağac əkdilər
Böyüklərə qarşı diqqətli olun
Eldar Nyu-Yorkda yaşayan Harri ilə tez-tez məktublaşırdı
O, mənə baxa-baxa içəri daxil oldu

Məsdər hansı cümlə üzvü ola bilmir?

Mübtəda
Xəbər
Təyin
Zərflik
Tamamlıq

Hansı cümlədə "duz" sözü "lap" ədatının sinonimidir?

İlkin düz danışmağı xoşlayır
Düz əyrini kəsər
Doğru sözə, düz ilqara aşiqəm
Çevrə düz xətt vasitəsilə iki bərabər hissəyə bölünür
Əli, deyəsən, gəlib düz bizim gözlədiyimiz sözün mətləbinə çıxmışdı

Cümlə daxilində qrammatik sinonim olan qoşmalar:

sonra, bəri
qabaq, əvvəl
məhz, məgər
kimi, qədər
tərəf, doğru, sarı

Hansı cümlədə zərf işlənmişdir?

Mən kəndə gedirəm
Akif bizimlə telefonla danışdı
O oğlan çox cəsarətlə danışırdı
Biz evə yola düşdük
Maşınla gedərik

Hansı cümlədə "ancaq" modal sözdür. (vergüllər buraxılmışdır)

Aynur dərslərini etdi ancaq hamısı səhv idi
Bu söhbətdən ancaq Seymur xəbərdardır
Onlar zooparka gedəcəkdi ancaq heç kim razı olmadı
Ceyhun çox fikirləşdi ancaq çıxış yolu tapmadı
O fikirləşirdi ki, gəzintiyə çıxacaq ancaq vaxtı qalmadı