I Bölmə. Fel

Şəxssiz növ. Hissə 1.

Test ID - 52049
Müəllif: Admin (Əlavə edilib: 05.11.2011)

Şəxssiz feli göstərin:

Tapşırığa əməl olundu
Toğrul yarışa qatıldı
Uşaqlar meşədə azdılar
Uşaqlar lətifəyə qulaq asıb gülüşdülər

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Köməkçi nitq hissələri haqqında fikirlərdən biri səhvdir:

köməkçi nitq hisslərinə aid sözlərin lüğəvi mənaları olmur
köməkçi nitq hisslərinə aid sözlər müstəqil işlənə bilmir
köməkçi nitq hissələri ayrılıqda cümlə üzvü ola bilir
köməkçi nitq hisslərinə aid sözlər heç bir suala cavab vermir

Gələcək zamanda işlənmiş fel olan cümləni göstərin.

Dünəndən yağan qar ayaq altında xışıldayır
Keçdi o duyduğum hicran günləri
Daldan atılan daş topuğa dəyər
Sənin barəndə ona bir söz deməmişdim
Keçmiş günlər barədə fikirləşirəm

Hansı sözlər həm sifət, həm də tərzi hərəkət-zərfi ola bilir?

iti, pis, xəfif
gözəl, əsr, təəccüblə
yaxşı, cəld, açıq
az, xeyli, doğru
möhkəm, sağ, sol

Məsdər həm felin,həm də ....... xüsusiyyətlərini daşıyır;

ismin
sifətin
sayın
yalnız felin
zərfin

Qoşma haqqında aşağıdakı fikirlərdən biri səhvdir:

Qoşmalar sözlər arasında məna fərqləri yaratmır
Sözlərə qoşularaq sözlər arasında əlaqə yaradan köməkçi nitq hissəsinə qoşma deyilir
Bəzən qoşmalar üslub fərqi əmələ gətirir
Qoşmalar sözlər arasında məna fərqləri də yaradır

Ədat haqqındakı fikirlərdən biri səhvdir:

Cümlənin ifadə etdiyi fikirdə müxtəlif məna çalarları əmələ gətirən köməkçi nitq hissəsinə ədat deyilir
Dilimizdə həm bağlayıcı, həm də ədat kimi işlənən söz yoxdur
Ancaq sözü ədat kimi işlənəndə fərqləndirmə, ayırma, məhdudlaşdırma mənası verir
“ ki ” köməkçi sözü yerinə görə həm bağlayıcı, həm də ədat olur

Hərəkətin subyekti məlum olmayan fellər hansılardır?

Məlum, məchul
Məchul, şəxssiz
Qarşılıq, məlum
Məlum, icbar

Tabelilik bağlayıcıları haqqında fikirlərdən hansı düzgündür?

Tabelilik bağlayıcıları cümlənin əlaqələnməsinə kömək edir
Tabelilik bağlayıcıları eyni hüquqlu sözlərin və eyni hüquqlu cümlələrin əlaqələnməsinə kömək edir
Tabelilik bağlayıcıları cümlənin həmcins üzvlərini, eləcə də tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri bir – biri ilə bağlayır
Tabelilik bağlayıcılarının qrammatik əsası olmur

Hansı cümlədə yer zərfi yoxdur?

Maşın yanımdan çox sürətlə keçdi
Aşağıdan məni çağırdılar
Zaman qarışıqdır, getmə uzağa!
İrəlidə bir qaraltı görünür

Uyğunsuzluğu seçin:

Dünən – zaman zərfi
Bir az – miqdar zərfi
Hara – yer zərfi
İrəli – yer zərfi

“ Nəhayət ” sözü nitq hissəsinə görə nədir?

ara söz
Bağlayıcı
Qoşma
Modal söz

Ismi xəbərli müəyyən şəxsli cümləni göstərin.

Qızılgüllər göz oxşayır
Sənə zəng edən mənim müəllimim idi
Orada kimsə var
Onun atası kənddə müəllim işləyir
Mənə yaman soyuqdur

Aşağıdakılardan hansı felə xas olan xüsusiyyət deyildir?

Şəxs bildirir
Təsirli və təsirsiz  olur
Konkret və mücərrəd olur
İnkarlıq bildirir

Hansı cümlədə 2 vergül və nöqtə olmalıdır?

Ehey atlılar xan evinə gedərsiz
Düşdü bütün qəzetlər qiymətdən ay can ay can
Vay gör mən nə etdim
Of əllərin qurusun cəllad

Əmr ədatları hansı cərgədə verilmişdir?

təki, barı, axı
kaş, gör, da
qoy, ha, di
de, axı, qoy

Hansı cümlədə zaman zərfi işlənməyib?

Anam sabah Bakıdan gələcək
Martın 21-i yaz gündönümü başlayır
Mən heç vaxt Muradla görüşməyəcəyəm
Elxan və Həmid Biologiya dərsində mahnı oxuya-oxuya müəllimə cavab verdilər
Telman dünən məktəbə gəlməmişdi

Bu yer zərflərindən hansı düzəltmədir?

uzaq-yaxın
ortalıqda aralıqda
irəli geri
üzüyuxarı aralıqda

Qismən dəfələrlə tamamilə kimi sözlər hansı zərfə aiddir?

zaman zərfi
tərz-hərəkət zərfi
miqdar zərfi
yer zərfi

Məsdər hansı cümlədə verilməyib?

Dərsin başlanmasına çox az qalırdı.
Bilməmək eyib deyil, soruşmaq eyibdir.
Anamın çığırtmasının dadı damağımdan getmir.
Onun danışmamasının səbəbi çoxdur.
Vətəni sevmək lazımdır.

Sözün kökündə nə olmalıdır ki, idi, imiş, isə hissəciyi ayrı yazılsın?

Sözün kökündə samit olmalıdır
Sözün kökünün sonunda sait olmalıdır
Sözün kökündə n, y, s bitişdirici samitləri olmalıdır
Sözün əvvəlində samit olmalıdır
Sözün əvvəlində heç nə olmamalıdır

Feilin əmr və arzu şəkilləri şəxsə görə dəyişdikdə neçənci şəxsdə oxşar olur?

I şəxsin cəmində
II şəxsin təkində
III şəxsin cəmində
II şəxsin cəmində
I şəxsin təkində

Hansı cümlədə "duz" sözü "lap" ədatının sinonimidir?

İlkin düz danışmağı xoşlayır
Düz əyrini kəsər
Doğru sözə, düz ilqara aşiqəm
Çevrə düz xətt vasitəsilə iki bərabər hissəyə bölünür
Əli, deyəsən, gəlib düz bizim gözlədiyimiz sözün mətləbinə çıxmışdı

Feli sifətlə feldən düzələn sifətin fərqi hansıdır?

Fərqi yoxdur
Feli sifət hərəkət bildirir, feldən düzələn sifət əlamət
Feli sifət əlamət bildirir, feldən düzələn sifət hərəkət
Feldən düzələn sifətə inkarlıq şəkilçisi artırmaq olar
Hər ikisinə inkarlıq şəkilçisi artırmaq olar

"Anlaşılmaq" feili hansı növdədir?

Məlum növ
Məchul növ
Şəxssiz növ
Qayıdış növ
Qarşılıq-birgəlik növ

Hansı cümlədə feili sifət tamamlıq vəzifəsində işlənib?

Qaçqınlara yardım edildi
Yuyulmuş paltarları ütülədik
Mən gələnlərə qulluq edirdim
Keçmiş zamanlarda bir şah varmış
Səs salma yatanlar ayılar qoy hələ yatsınlar
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed