Sizin hazırki nikiniz (ləğəbiniz)

III Bölmə. Köməkçi nitq hissələri

Nidaların orfoqrafiyası. Hissə 1.

Test ID - 59246
Müəllif: Taclı (Əlavə edilib: 06.01.2014)

Hansı cümlədə 2 vergül və nöqtə olmalıdır?

Ehey atlılar xan evinə gedərsiz
Düşdü bütün qəzetlər qiymətdən ay can ay can
Vay gör mən nə etdim
Of əllərin qurusun cəllad

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Ağlaşmaq hansı növ feldir?

məlum
məchul
qayıdış
şəxssiz
qarşılıq-birgəlik

Sadə zərflər verilən sıranı göstərin:

Axşam, indi , cəld
Türkcə, xaincəsinə, çoxdan
Daxilən, qəflətən, əvvəl
Gündə, həmişəlik, yuxarı

Hansı feli bağlamadır?

gedər-gəlməz
gələr-gəlməz
gedib-gəlmək
deyib-gülmək
silib-süpürmək

"Döyündü" və "döyüldü" fellərinin morfoloji təhlilindəki səhv haradadır?

şühudi keçmiş zaman felləridir
hər ikisi felin təsriflənən formasında xəbər şəklindədir
"Döymək" felindən yaranmış bu fellərin hər ikisi məchul növdədir
hər ikisində bir leksik bir qrammatik şəkilçi var
hər ikisi təsdiqdədir quruluşca düzəltmədir

Felin düzgün tərifini göstərin:

Əşyanın adını bildirən nitq hissəsinə fel deyilir
Əşyanın əlamətini və keyfiyyətini bildirən nitq hissəsinə fel deyilir
Hərəkətin əlamətini bildirən nitq hissəsinə fel deyilir
Hərəkət bildirən sözlərə fel deyilir

Axı, ən, lap, olduqca ədatları, ədatın hansı məna növünə aiddir?

Dəqiqləşdirici
Məhdudlaşdırıcı
Qüvvətləndirici
Sual
Əmr

Fel hərəkətin icra edilib-edilmədiyini bildirməsinə görə neçə cur olur? Və hansılardır?

3-düzgün, doğru və neytral fellər
2-təsdiq və inkar fellər
2-icra edilən və icra edilməyən fellər
2-sadə düzəltmə fellər
1-əmr felləri

Qarşılıq – birgəlik növdə olan fellər cərgəsini göstərin:

Vuruşmaq, ağlaşmaq, yazışmaq
Döyüşmək, sözləşmək, yapışmaq
Gülüşmək, mələşmək, çalışmaq
Vidalaşmaq, halallaşmaq, fikirləşmək

Danışmaq hansı növ feldir?

məlum
məchul
qayıdış
şəxssiz
qarşılıq-birgəlik

“ Həmişə ” zərfinin morfoloji təhlilindəki səhvi seçin:

Quruluşca sadə zərfdir
Olmaq felinə aiddir
Mənaca zaman zərfidir
Hərəkətin kəmiyyətini bildirir

Yazdırdım felin hansı qrammatik məna növündədir

Şəxssiz növdə
Məlum növdə
İcbar növdə
Qarşılıq növdə
Birgəlik növdədir

Ədat haqqında fikirlərdən biri düzgündür:

“ da - də” sözünün cümlədə təkrarı yoxdursa, o, bir dəfə işlənərək fərqləndirici məna daşıyırsa ədat hesab olunur
Ancaq sözü ədat kimi işlənəndə fərqləndirmə, ayırma mənası vermir
Ancaq sözü cümlələr arasında işlənərək, cümlələri bir – birinə bağlayırsa, nitq hissəsi kimi ədat olur
Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlərə ədat deyilir

Felin hansı şəkli -sa, -sə şəkilçisi ilə düzəlir

lazım şəkli
vacib şəkli
şərt şəkli
xəbər şəkli
əmr şəkli

“ İçəri ” zərfinin morfoloji təhlilindəki səhvi seçin:

Quruluşca düzəltmə zərfdir
Mənaca yer zərfidir
Gəlmək felinə aiddir
Hərəkətin icra olunduğu yeri bildirir

Aidlik bildirən qoşmalar hansı nitq hissəsinə qoşulur?

adlıq
yönlük
yiyəlik
yerlik
çıxışlıq

Zərflər daha çox hansı nitq hissələri ilə ortaq ola bilir?

isim, sifət, say
isim, əvəzlik, fel
sifət, qoşma, bağlayıcı
sifət, say, fel
isim, ədat, feli bağlama

Hansı cümlədə zaman zərfi işlənmişdir:

Axşamkı hadisə çoxlarının marağına səbəb oldu
Yavaş – yavaş axşam düşür
Ordumuz gecə hücuma keçdi
Məktəblilərin hazırladıqları gecə çoxlarının marağına səbəb oldu

İdi, imiş köməkçi felləri haqqında aşağıdakılardan biri səhvdir:

İdi, imiş lüğəvi mənası olmayan sözlərdir
İdi, imiş köməkçi nitq hissələrinin heç birinə uyğun gəlmir
Tarixən feldən törədiklərinə görə, onlara şərti olaraq “ köməkçi fel ” deyilmişdir
İdi, imiş köməkçi felləri isimlə, sifətlə, sayla, əvəzliklə işlənə bilmir

Həm ədat, həm də əsas nitq hissəsi kimi işlənən sözləri göstərin:

Ancaq, ki, da
Hətta, təkcə, belə
Qoy, bir, belə
İlə, bəs, tək

Düzgün fikri seçin:

Söz birləşmələri modal məna ifadə etmir
Başqa nitq hissələrinə aid sözlər cümlədə modal məna vermir
Cümlədə modal məna verən hər sözü, hər ifadəni modal söz hesab etmək olar
Cümlədə modal məna verən hər sözü, hər ifadəni modal söz hesab etmək olmaz

Felin şəxs və kəmiyyətə görə dəyişməsi haqqındakı fikirlərdən biri hansı səhvdir?

Xəbər şəxs və kəmiyyətə görə mübtəda ilə uzlaşır
Azərbaycan dilində qrammatik cəhətdən 3 şəxs var
Mübtəda cəmdədirsə, xəbər də cəmdə olur
Mübtəda ilə xəbər arasında kəmiyyətə görə uzlaşma heç vaxt pozulmur

Inkarda olan feler nə ilə düzəlir?

-Liq şəkilçisi ilə düzəlir.
-gil şəkilçisi ilə düzəlir.
-dir şəkilçisi ilə düzəlir.
-ma-mə şəkilçisi ilə düzəlir.
-ci şəkilçisi ilə düzəlir.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.