I bolmə

Təyini söz birləşmələrinin cümlədə rolu. Hissə 1.

Test ID - 51682
Müəllif: Admin (Əlavə edilib: 26.10.2011)

“ Qeyri – təyini söz birləşmələri ” ni göstərin:

Durna gözlü, kosmosa yol, insana hörmət
Şirin meyvə, başdan ayağa, mənalı söz
Uca dağ, dağlardan uca, gözləri dolğun
Əlində məktub, məktəb binası, qızıl üzük

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Mübtəda nə ilə ifadə olunur?

İsmin adlıq halında olan sözlər və birləşmələrlə
İdarə əlaqəsi ilə
Tamamlıqla
Hərf və söz birləşmələri ilə
Cümlədə olan şəkilçilər ilə

Təyini söz birləşməsini göstərin

Məktəbə getmək
Yaşıl ağac
Teatra getdi
Axşama qədər
Məktəbdəki uşaqdır

Uzlaşma əlaqəsi əsasən hansı cümlə üzvləri arasında olur?

mübtəda və xəbər
zərflik və xəbər
mübtəda və tamamlıq
təyin və mübtəda
heç bir cümlə üzvü arasında olmur

Vasitəsiz tamamlıq işlənmiş cümləni göstərin:

Sinif nümayəndəmizi diplomla təltif etdilər
Sinif yoldaşlarımız-oğlanlar və qızlar hərbiyə hazırlaşır
Bacım və mən yola düşdük
Sən kimi gözləyirsən?
Biz birgə kitabxanaya yollandıq

Üçüncü növ təyini söz birləşmələrinə aid deyil:

Bu birləşmələr ismin yiyəlik halının və mənsubiyyət şəkilçilərinin köməyi ilə əmələ gəlir
Birləşmənin 2 – ci tərəfi 3 – cü şəxsin mənsubiyyət şəkilçisi ilə düzəlir
Üçüncü növ təyini söz birləşməsinin tərəfləri, əsasən, isimlərlə ifadə olunur
Üçüncü növ təyini söz birləşməsinin tərəfləri arasına istənilən qədər söz artırmaq olar

Sual cümləsi haqqında səhv fikri seçin:

Sual məqsədilə işlədilən cümləyə sual cümləsi deyilir
Sual cümləsinin işlədilməsində məqsəd ya yeni məlumat almaq, ya da hər hansı məlumatı dəqiqləşdirməkdir
Sual cümləsinin üç növü var
Sual cümləsinin xəbəri əmr şəkli ilə ifadə olunur

Xəbər ilə bağlı hansı fikir səhvdir?

Xəbərin qrammatik cəhətdən mübtədaya tabe olması qrammatik cəhətdən onunla uyğunlaşmasıdır
Xəbər mübtədaya aid hərəkət və əlamət bildirir
Xəbər cümlənin heç bir üzvünə tabe olmayan ən müstəqil üzvdür
Xəbərlə mübtəda arasında uzlaşma əlaqəsi olur

Hansı cümlədə mübtədanın əlavəsi işlənmişdir?

Bura mənim vətənimdir – Azərbaycandır
Küçələrə çıxanların içərisində iki gənc – İlyasla Fəxrəddin də var idi
O, kəndimizə yaz aylarında – gül – çiçək fəslində gəlmişdi
Qızım, Aysel, yaxına gəl

Məqsəd zərfliyinə aid edilə bilməz:

İş və hərəkətin məqsədini bildirir
Niyə? nədən ötrü? nə məqsədlə? suallarına cavab verir
Məqsəd zərfliyi səbəb zərfliyindən məna çalarına görə fərqlənmir
Üçün, ötrü qoşmaları ilə də ifadə olunur

Cümlələrdən birində zərf işlənməmişdir:

Qoca ehtiyatla yeriyirdi
Aşağı otaqlar nəmdir
Uşaq bərk yatmışdı
Dünən yağış yağdı

Birinci növ təyini söz birləşməsinə aid deyil:

Bu birləşmələrin əmələ gəlməsində heç bir formal əlamət iştirak etmir
İkinci tərəfi, adətən, isimlə ifadə olunur
Tərəfləri arasında bir sıra məna əlaqələri olmur
Birinci tərəfi müxtəlif nitq hissələri ilə ifadə olunur

Hansı cümlədə tamamlıq ikinci növ təyini söz birləşməsi ilə ifadə olunmuşdur?

Vətənin keşiyində duranlara qayğı gərəkdir
Tükəz xala tez çırağı yandırdı
Elin sərvətini göz bəbəyi kimi qoruyun
Mətni düzgün oxumağı öyrənin

Tabe tərəfi alınma sözlə ifadə olunan ismi birləşmə hansıdır?

Dəniz kənarı
Qaçağan at
Şərait yarananda
Xüsusi tapşırıq

İdarə əlaqəsi hansı cümlə üzvləri arasında olur?

Tamamlıq-xəbər
təyinlə-təyinlənən
Mübtəda-xəbər
Heç biri
Zərflik-xəbər

Feli birləşmələr nəyə deyilir?

Əsas tərəfi adlarla ifadə olunan birləşmələrə feli birləşmələr deyilir
Əsas tərəfi felin təsriflənməyən formaları ilə ifadə olunan birləşmələrə feli birləşmələr deyilir
Əsas tərəfi saylara ifadə olunan birləşmələrə feli birləşmələr deyilir
Feli birləşmələrin xüsusi tərifi yoxdur
feli birləşmələrin əsas tərəfi felin təsriflənən formaları ilə ifadə olunur

Ara sözlərdən nə məqsədlə istifadə edirik?

müraciət məqsədi ilə
cümləni genişləndirmək üçün
fikrimizi dəqiq şəkildə ifadə etmək üçün
hiss-həyəcan ifadə etmək üçün

Hansı söz birləşməsi deyil?

ana vətən
məktəbə qədər
məktəbin həyəti
kitabın vərəqi
bağbanın gülləri

Tabelilik əlaqəsinə aid olan nümunə hansıdır?

Arif, danış
Əlbəttə, getməliyik
Danışın, danışın
Evə getdik, Surxay
Deyəsən, gecikmədik

Yuxarılar yeni qərar qəbul etdilər cümləsində mübtəda nə ilə ifadə olunmuşdu?

zərfliklə
zərflə
substantivləşmiş sifətlə
isimlə
fellə

Hansı cərgə dodaqlanmayan incə saitləri əhatə edir?

a, ı, o
o, u, ə
Ö, ü, ı
e, ə, i
ə, ı, a

Nə, nə də bağlayıcıları nə bağlayıcılarıdır?

İştirak
Birləşdirmə
İnkar
Qarşılaşdırma
Söz birləşməsi

Müxtəsər cümləni seçin:

Dərələr uğuldadı
Şiddətli külək əsir
Lalə soyuqdan titrəyir
Cavan çinar ağacı burada idi
Maraqlı bir roman oxudum

Cümlədə nə işlənmişdir?
Turalın-gənc döyüşçünün qəhrəmanlığı bütün alaya yayıldı

Ümumiləşdirici söz
Həmcins üzvü cümlə
Cümlə üzvünün əlavəsi
Həmcins ixtisar
Xitab

İsmi xəbəri şəxsin cümləni göstərin

Onun başı gicəllənməsi
Pəncərədən işıq görünürdü
Hava dumanlı idi
Bakının küləkli günlərindən biri idi
Hamı susurdu
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed