Sizin hazırki nikiniz (ləğəbiniz)

I Bölmə. Fel

Məsdərin ikili xüsusiyyəti. Hissə 1.

Test ID - 49230
Müəllif: Admin (Əlavə edilib: 13.07.2011)

Məsdərə aid olan xüsusiyyətlərdən biri səhvdir:

Məsdər də isim kimi ad bildirir
Məsdər mənsubiyyətə görə dəyişmir
Məsdər hərəkətin adını bildirir
Məsdər – maq, - məq şəkilçisi ilə düzəlir

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Cümlələrdən birində “ ilə ” qoşma deyil:

Günayla rəfiqəsi məktəbə getdilər
Anar həyətdə uşaqlarla oynayır
Bu insan məhz böyük hisslərlə yaşayan, qanadlanan insandır
Gözləri şehlə dolmuş çiçəklər yavaş – yavaş açılırdı

Verilənlərdən biri mürəkkəb fel deyil:

Qulaq asmaq
Gedib – gəlmək
Nail olmaq
Anlamaq

Ilə bağlayıcısı ilə qoşmasını necə fərqləndirmək olar?

və bağlayıcısı ilə əvəz etməklə
-la, -lə şəkilçisi əlavə etməklə
sual verməklə
tələffüz etməklə
nə, nə də bağlayıcısı ilə əvəz etməklə

Felin şərt şəkli haqqında aşağıdakılardan biri düzgündür:

Şərt şəkli zaman şəkilçisi qəbul etmir və zamanlar üzrə dəyişmir
Felin şərt şəkli nitqdə ən az işlənən fel şəklidir
Şərt şəklinin mənasında gələcək zaman anlayışı yoxdur
Şərt şəkli zaman şəkilçiləri qəbul edir

Biri felin indiki zamanının inkarındadır:

gəlmir
gəlməz
gəlmədi
gəlməmişdir
gəlməyib

Hansı inkarlıq bağlayıcısıdır?

nə, nə də, nə də ki
amma, ancaq
madam ki, indi ki
və, ilə

Quruluşca sadə olan nida hansı cümlədədir?

Ah çəkdim, dağlar dilə gəldi
Ay bu günlükdür
Hey bizə gələrdi
Ay ana, mən imtahandan beş aldım

Bu zərflərdən hansı ayrılıqda işlənməyən sözlər cərgəsinə aiddir?

üz-üzə
xısın-xısın
ağıllı-ağıllı
acıqcasına

Səhv variant hansıdır?

Başqa nitq hissələrinə aid sözlər cümlədə ara söz kimi işlənmir və modal məna vermir
Modal sözlərin cümlədə yeganə vəzifəsi ara söz olmaqdır
Köməkçi nitq hissələri arasında yalnız modal sözlərin müstəqil sintaktik vəzifəsi var
Modal sözlərin məna əsasını modallıq təşkil edir

Qoşma nəyə deyilir?

Müəyyən məna çaları yaradır
Sözləri və cümlələri bağlayır
Sözün və cümlənin təsir gücünü artırır
Həyəcan yaradır
Kimə müraciət olunduğunu bildirir

Məsdərə aid olan xüsusiyyətlərdən biri səhvdir:

Məsdər də isim kimi ad bildirir
Məsdər mənsubiyyətə görə dəyişmir
Məsdər hərəkətin adını bildirir
Məsdər – maq, - məq şəkilçisi ilə düzəlir

Hansı biri şühudi keçmiş zamandadır?

gəlmişik
gəldi
yazmaq
yazıram
hamısı

"Düzü" hansı cümlədə modal söz kimi işlənib?

Düzü, bu hərəkətimə peşmanam
Düzü səhvdən ayırmaq lazımdır
Mil düzü cənnətə dönməlidir
Buradakı düz cavab iyirmi yeddidir
Düz söz həmişə acı olar

Bağlayıcı və qoşma arasında fərqli cəhətlərdən biri yanlışdır:

Qoşma əlaqədar olduğu sözlə birlikdə cümlə üzvü olur, bağlayıcılar isə cümlə üzvündən kənarda qalır
Bağlayıcılar sözlər arasında əlaqə yaratdığı kimi, cümlələr arasında da əlaqə yaradır, qoşmalar isə cümlələr arasında əlaqədə iştirak etmir
Qoşmalar özlərindən əvvəl gələn sözlərə qoşularaq, sözlər arasında əlaqə yaradır, bağlayıcılar isə əlaqə yaradarkən sözlərdən heç birinə qoşulmur
Qoşmalar sözlər arasında əlaqə yaratdığı halda, bağlayıcı sözlər arasında əlaqə yaratmır

Felin düzgün tərifini göstərin:

Əşyanın adını bildirən nitq hissəsinə fel deyilir
Əşyanın əlamətini və keyfiyyətini bildirən nitq hissəsinə fel deyilir
Hərəkətin əlamətini bildirən nitq hissəsinə fel deyilir
Hərəkət bildirən sözlərə fel deyilir

Hansı şəkilçi təsirli feldən təsirsiz fel düzəldə bilir?

-ış(-iş, -uş, -üş)
-lıq(-lik, -luq, -lük)
-dı(-di, -du, -dü)
-acaq,-əcək

Hansı cümlədə zərf işlənmişdir?

Fevralda hava çox soyuq olur
Əsgər qəhrəmancasına irəliyirdi
Mən dərsim gözəl oxuyuram
İşləyən dişləyər
Mən Azərbaycan dili dərsini çox sevirəm

Hansı cümlədə qoşma işlənib?

Atamla mən şəhərə gedirik.
Qonşumuz ilə oğlu kəndə getdi.
Körpəni sakitləşdir.
Uşaq oynayırdı.
Qorxma, sənin kimi gözələ gələn bəla mənə gəlsin.

Lazım şəklinin şəkilçisi;

-al,-əl
-a,-ə
-maq,-mək
-ası,-əsi
-sa,-sə

Yalnız məchul fel kimi işlənən sözlər cərgəsi hansıdır?

Çəkildi, şumlandı, yoxlandı
Hazırlaşır, yoxlayır, gəlir
Qızdırmaq, sevindirmək, güldürmək
Geyinmək, soyunmaq, qızınmaq

Bu cümlələrdən birində feli bağlamadan sonra vergül qoymaq məqsədəuyğundur:

Rəşid qardaşımın əsgərlikdən qayıtdığını eşidib çox sevindi
Ələsgər bu dəfə də bir şey deməyərək susdu
Ağsaqqal söz deyəndə qulaq asarlar
Namiq hami ilə bir-bir görüşüb sonra oğluna yaxınlaşdı
mən sözümü bitirməmiş sen çıxıb getdin

Sarı, tərəf qoşmaları hansı mənanı əmələ gətirir?

bənzətmə
məsafə
istiqamət
zaman
fərqləndirmə

Hansılar tabesizlik bağlayıcılarıdır?

Əgər, indi ki, gah da
Əgər, və, çünki
lakin, gah da, və, həmdə
indi ki, gah da, və
lakin, və, həmdə, çünki

Təsirli və təsirsiz fellərə aid fikirlərdən biri səhvdir:

Şəkilçilər vasitəsilə ilə təsirli fellər təsirsiz fellərə çevrilə bilmir
Təsirli olub – olmamağa görə fellər iki növ olur
İsmin təsirlik halını tələb edən fellərə təsirli fellər deyilir
İsmin təsirlik halını tələb etməyən fellərə təsirsiz fellər deyilir

Arzu şəklinin şəkilçisi;

a ə
ma mə
maq mək
malı məli
yoxdur

Modal sözlərin hansı xüsusiyyəti başqa köməkçi nitq hissələrinə aid edilə bilməz:

Leksik mənası yoxdur
Müstəqil suala cavab olmur
Müstəqil sintaktik vəzifəsi olur
Qrammatik məna daşıyır
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.