Sizin hazırki nikiniz (ləğəbiniz)

III Bölmə. Köməkçi nitq hissələri

19. Qoşma. Hissə 1.

Test ID - 78603
Müəllif: Qonaq__1352875 (Əlavə edilib: 13.02.2015)

Əvvəl, qabaq, sonra, bəri, başqa, özgə, savayı, qeyri, ayrı, ötrü qoşmaları ismin hansı halında olan sözlərlə işlənir?

adlıq halında olan sözlə
yiyəlik halda olan sözlə
həm adlıq, həm də yiyəlik halda olan sözlə
çıxışlıq halda olan sözlə
yönlük halda olan sözlə

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Hansı qoşmaların yazılışında səhvə yol verilmişdir?

Hazırlamaq üçün, axşama kimi
Evə doğru, axşamadək
Qələm ilə, hisslərlə
Səhərə cən, axşama dək

Quruluşca sadə olan nida hansı cümlədədir?

Ah çəkdim, dağlar dilə gəldi
Ay bu günlükdür
Hey bizə gələrdi
Ay ana, mən imtahandan beş aldım

Tərkibi fel haqqında yalnız biri doğrudur:

Tərkibi feldə sözlər bitişik və ya defislə yazılır
Tərkibi feldə sözlər ayrı yazılır
Birinci tərəfi -a şəkilçili feldən, ikinci tərəfi bilmək felindən ibarət olan sözlər təsirli fellərdir
Tərkibi fellərin frazeoloji birləşmə ilə əlaqəsi olmur

“ Sonra ” zərfinin morfoloji təhlilindəki səhvi seçin:

Quruluşca sadə zərfdir
Olmaq felinə aiddir
Zaman zərfidir
Hərəkətin zamanını bildirir

Hansı cümlədə yer zərfi işlədilmişdir?

Sənin kimilərini çox görmüşəm
Sabah istirahət yerinə yola düşəcəyəm
Sabah günortadan sonra sizə gələcəyəm
Düşmən geriyə çəkilir

Felin təsriflənməyən formaları haqqında fikirlərdən biri səhvdir:

Kəmiyyətə görə dəyişmir
Zamana görə dəyişir
Şəxsə görə dəyişmir
Məsdər, feli sifət, feli bağlama felin təsriflənməyən formalarıdır

Fel haqqında deyilənlərdən biri səhvdir?

Hərəkət bildirir
6 qrammatik məna növü var
təsirli və təsirsiz olur
təsdiqdə inkarda olur
5 şəkli var

Yazılmalı məktub söz birləşməsində yazılmalı sözünün morfoloji təhlili ilə bağlı səhv fikri göstərin

Feli sifətdir
Düzəltmə felə malı-məli şəkilçisini artırılıb.
Sözün başlanğıc forması düzəltmə feldir
Təsdiqdədir
– malı2 felin vacib şəklinin şəkilçisidir

Köməkçi nitq hissələri haqqında fikirlərdən biri düzgündür:

Köməkçi nitq hissələrinə aid sözlərin lüğəvi mənaları olmur
Köməkçi nitq hissələrinə aid olan sözlər müstəqil işlənə bilir
Ayrılıqda cümlə üzvü olur
Ayrılıqda suala cavab verir

Bu fellərdən hansıları təsirli fel kimi götürmək olmaz?

Bax, oyan, oyna, tut
Gor, bax, tulla, qaç
Oyna, bax, düz, sula
Bax, qaç, oyan, oyna
Bax, oyna, qac, gor

Tabesizlik bağlayıcısı işlənmiş cümləni seçin:

Təsadüfi deyil ki, buğdaya dünyanın hər yerində rast gəlmək olur
Yer ilə Venera arasında “ cəmi ” 39 milyon kilometr məsafə var
Hərgah sevgisi sağlam yoldaşlıq sevgisidirsə, onu təbrik etmək lazımdır
Söz verin ki, mənim haqqımda pis fikirdə olmayacaqsınız

Hansı cümlədə xəbər II şəxsin təkində işlənmişdir?

Siz yaraşıqlı, işıqlı binalarda yarandınız
Onlar həyatı sevirlər
Sən ellər eşqilə yaşayıb yarat
Mən arzular dünyasında yollar gedirəm

Məsdərin vəzifəsi.......... adlandırmaqdır

zamanı
hərəkəti
şəxsi
kəmiyyəti
şəkilçini

Tabelilik bağlayıcılarının cərgəsini müəyyənləşdirin:

çünki, yaxud, nə, yəni
madam, belə ki, hərçənd
ki, amma, isə, sanki
hərgah, lakin, ancaq

Həm modal söz, həm də fel kimi işlənən sözləri seçin:

Görünür, beləliklə
Demə, görəsən
Düzü, doğrusu
Olmaya, xülasə

Tabesizlik bağlayıcıları haqqındakı fikirlərdən hansı düzgündür?

Tabesizlik bağlayıcıları eyni hüquqlu sözlərin və eyni hüquqlu cümlələrin əlaqələnməsinə kömək edir
Tabesizlik bağlayıcılarının mənaları, tabelilik bağlayıcılarının mənalarından fərqlənmir
Tabesizlik bağlayıcıları yalnız cümlənin əlaqələnməsində kömək edir
Çünki, həm, guya, hərgah və s. tabesizlik bağlayıcılarıdır

-ib şəkilçisi necə şəkilçidir?

Sinonim
Antonim
Çox mənalı
Omonim
Əks mənalı sözlər

Hansı cümlədə iştirak bağlayıcı işlədilib?

Ətrafda nə bir şəhər vardı, nə də bir kənd
Vəhşi düşmən qadınlara, uşaqlara, hətta qocalara belə rəhm etmədi
Yaqub gah səssiz-səmirsiz burulub axan çaya, gah da yaşıllaşmış çöllərə baxırdı
Ya hə de, ya da yox
Gülnaz nə qışqırır, nə də etiraz edirdi

Bu zərflərdən hansı ayrılıqda işlənməyən sözlər cərgəsinə aiddir?

üz-üzə
xısın-xısın
ağıllı-ağıllı
acıqcasına

Modal sözlər nəyə deyilir?

danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsinə
sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsinə
sözlərin və cümlələrin bir-birinə bağlayan köməkçi nitq hissəsinə
heç biri

Qoşmalar quruluşca necə olur?

yalnız mürəkkəb
sadə, düzəltmə
yalnız sadə
sadə, mürəkkəb
yalnız düzəltmə

Bunlardan hansı tərzi-hərəkət zərfidir?

Sakitcə
İnsan
Xeyirxah
Rəngbərəng
Xeyli

Bağlayıcıların orfoqrafiyası haqqında fikirlərdən biri səhvdir:

Bağlayıcılar sözlərdən ayrı tələffüz edilir və ayrı yazılır
ilə bağlayıcısı samitlə bitən sözlərdən sonra iki cür tələffüz edilir və iki cür yazılır
ilə bağlayıcısı saitlə bitən sözlərdən sonra, bir qayda olaraq, ayrı yazılır
ilə bağlayıcısı ixtisar formasında əsas sözlə bir yerdə tələffüz edilir və ayrı yazılır

Bunlardan biri nidadır:

vızıltı
qaqqılda
ufultu
xorultu
oxqay

Aşağıdakılardan hansı bənzətmə bildirən qoşmalardır?

ayrı, qeyri, savayı
əvvəl, kimi, tək
kimi, tək, -ca
qeyri, tək, qədər
kimi, tək, qeyri

Təsirsiz fellərdən ibarət cərgəni göstərin:

Sevin, gör, it
Gəzdir, iç, aç
Çək, alınmaq, inanmaq
Sevin, görün, atıl
yoxdur
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.