Sizin hazırki nikiniz (ləğəbiniz)

I Bölmə. Fel

Keçmiş zaman. Hissə 1.

Test ID - 83702
Müəllif: Nusabe (Əlavə edilib: 13.02.2016)

Biri keçmiş zaman şəkilçisidir?

-dır
-ıb
-acaq
-ası
-malı

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Ədat hansı cümlədədir?

Yaz ki, Abdulla da burdadır
Rüfət əsl dostdur
Sizcə, mən haqlı deyiləm
Sevən ölsünmü, sultanım, nə dersən?
Elə söhbəti burada açma

Hansı cümlədə feli bağlama hərəkətin icra tərzini bildirir

Uşaq çörək qırıntılarını yerdən yığıb ovçuna cəmləşdirdi
Nizami “Xosrov və Şirin” poemasını bitirib Cahan Pəhləvana göndərdi
Aysel tutduğu işdən utanıb çox pərt olmuşdu
Həyətdəki otlar çiçəklər istinin təsirindən saralıb solmuşdu
Bahar gələndə məndə
Bitirəm göy çəməndə.(H.Baxış)

Təsirli fel hansıdır?

gəlmək
baxmaq
oxumaq
getmək
ölmək

Zaman zərfləri haqqında fikirlərdən biri səhvdir:

Zaman zərfi hərəkətin icra olunduğu vaxtı bildirir
Nə vaxt? nə zaman? suallarına cavab verir
Çox, az, xeyli zaman zərfləridir
İndi, çoxdan, dünən və s zaman zərfləridir

Verilənlərdən hansı yanlışdır?

həm bağlayıcısı, adətən, cümlədə təkrarla reallaşır
ilə bağlayıcısı samitlə bitən sözlərdən sonra iki cür tələffüz olunur və iki cür yazılır
ilə bağlayıcısı saitlə bitən sözlərdən sonra, bir qayda olaraq bitişik yazılır
gah bağlayıcısı cümlədə təkrarlanır və ayrı yazılır

Aşağıdakı cümlələrdən birində modal söz işlənmişdir: (durğu işarəsi qoyulmamışdır )

Yəqin kəndlərdən şəhərə müşavirəyə gəlirlər
Sözün doğrusunu zarafatla deyərlər
Burdan baxdıqda hər şey aydın görünür
Mənə bu haqda bir kəlimə belə demə

Cümlələrdən birində tabelilik bağlayıcısı işlənmişdir:

Kaman dilə gəldi, amma çaldığı romans kədərdən çox məhəbbət ifadə edirdi
Hərçənd Aslan da uşaq idi, ancaq böyük olduğu üçün hər zəhmətə qatlaşırdı
Bağça bağın qıydı, bağban salxımın qırmadı
Sən, yoxsa mən gedim?
Ay qız, bəri gəl!

Qəti gələcək zaman şəkilçisi hansıdır?

-aq2 yaq2
-lar2
-il4 in4
-agan2
-acaq2(yacaq2)

Həm zərf, həm də sifət kimi işlənən sözlər hansılardır?

ayda, içəri, səhər, uzaq, gözəl, elə
çox, cəld, xeyli, bir qədər, əlüstü, igidcəsinə
bərk, yaxşı, yaxın, açıq, qəşəng, iti
şirin, asta, səliqəli, zarafatcıl
çəpəki, türkcə, sərin, evdəki, astaca

Fikirlərdən biri səhvdir:

Şəkilçilər vasitəsilə ilə təsirli fellər təsirsiz fellərə, təsirsiz fellər isə təsirli fellərə çevrilə bilir
Təsirli olub – olmamağa görə fellər iki növ olur
Bükülmək, sevinmək, atılmaq sözləri təsirsiz fellərin təsirli fellərə çevrilməsi nəticəsində əmələ gəlib
Gül, gəl, get, yat, dur felləri təsirsiz fellərdir

Hansı biri şühudi keçmiş zamandadır?

gəlmişik
gəldi
yazmaq
yazıram
hamısı

Bağlayıcı və qoşma haqqında fikirlərdən biri səhvdir:

Bu köməkçi nitq hissələri arasında fərqli cəhət yoxdur
Hər ikisi sözlər arasında əlaqə yaradır
Qoşmalar cümlələr arasındakı əlaqədə iştirak etmir
Hər iki köməkçi nitq hissəsi arasında oxşar cəhətlər də var

Hansı cümlədə iştirak bağlayıcı işlədilib?

Ətrafda nə bir şəhər vardı, nə də bir kənd
Vəhşi düşmən qadınlara, uşaqlara, hətta qocalara belə rəhm etmədi
Yaqub gah səssiz-səmirsiz burulub axan çaya, gah da yaşıllaşmış çöllərə baxırdı
Ya hə de, ya da yox
Gülnaz nə qışqırır, nə də etiraz edirdi

Tərzi hərəkət zərfi hansı cümlədədir?

Gəlin bir az dincələk
Ən irəlidə bayraqdar gedirdi
O azacıq kənara çəkildi
Dönə - dönə məktubu oxudu

Vurğusu sonuncu hecaya düşməyən feli tapın.

oxudu
səsləndi
baxırdı
yollanar
bacarır

Mürəkkəb sözlərdən biri tərzi-hərəkət zərfidir:

cürbəcür
növbənöv
qovhaqov
vurhavur
yanbayan

"Döyündü" və "döyüldü" fellərinin morfoloji təhlilindəki səhv haradadır?

şühudi keçmiş zaman felləridir
hər ikisi felin təsriflənən formasında xəbər şəklindədir
"Döymək" felindən yaranmış bu fellərin hər ikisi məchul növdədir
hər ikisində bir leksik bir qrammatik şəkilçi var
hər ikisi təsdiqdədir quruluşca düzəltmədir

Hansı cümlədə “ elə ” sözü dəqiqləşdirici ədat kimi işlənmişdir?

Elə adamlarla oturub – durma
Elə hamı mən deyəni deyir
Elə dost çətin tapılar
Elə bil ki, üzümüzə gün doğdu

Məsdər, feli sifət, feli bağlama üçün ortaq əlamət sayıla bilməz:

Şəxsə görə dəyişməmək
Hər üçünün də fellə yanaşı, ikinci bir nitq hissəsinin də xüsusiyyətlərini daşıması
Kəmiyyətə görə dəyişməmək
İsimləşə bilmək

Felin keçmiş zamanı hansı şəkilçilər vasitəsilə düzəlir?

- dı4, - mış4
- mış4, - ar2
- dı4, - ar2
- acaq2, - dı4

Hansı cümlədə zaman zərfi işlənmişdir:

Axşamkı hadisə çoxlarının marağına səbəb oldu
Yavaş – yavaş axşam düşür
Ordumuz gecə hücuma keçdi
Məktəblilərin hazırladıqları gecə çoxlarının marağına səbəb oldu

Felin qrammatik xüsusiyyətlərindən biri deyil:

Şəxsə və kəmiyyətə görə dəyişir.
Təsdiq və inkarda olur.
Mənsubiyyətə görə dəyişir.
Zamana görə dəyişir.
Təsirli və təsirsiz olur.

Cümlələrdən hansında nida işlənib?(vergüllər buraxılıb)

Ayda bir dəfə gələrsən
Yanağın Ay kimi göz oxşayır
Kosmonavtlar Ayda su tapıb
Ay belə şey olar
Ay Yerin peykidir

Felin şərt şəkli haqqında aşağıdakılardan biri düzgündür:

Şərt şəkli zaman şəkilçisi qəbul etmir və zamanlar üzrə dəyişmir
Felin şərt şəkli nitqdə ən az işlənən fel şəklidir
Şərt şəklinin mənasında gələcək zaman anlayışı yoxdur
Şərt şəkli zaman şəkilçiləri qəbul edir

“ İçəri ” zərfinin morfoloji təhlilindəki səhvi seçin:

Quruluşca düzəltmə zərfdir
Mənaca yer zərfidir
Gəlmək felinə aiddir
Hərəkətin icra olunduğu yeri bildirir
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.