Sizin hazırki nikiniz (ləğəbiniz)

II Bölmə. Zərf

15. Zərfin quruluşca növləri. Hissə 1.

Test ID - 49378
Müəllif: Admin (Əlavə edilib: 27.07.2011)

Düzəltmə zərflər haqqındakı fikirlərdən biri düzgündür:

Düzəltmə zərflər kök və şəkilçidən ibarət olur
Düzəltmə zərflər əslən zərflərdir
Düzəltmə zərflər iki sözün birləşməsindən əmələ gəlir
İrəli, geri, uzaq, yaxın düzəltmə zərflərdir

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Tabesizlik bağlayıcısı haqqında fikirlərdən biri səhvdir?

Cümlədəki vəzifəsinə görə bağlayıcılar iki növə bölünür
Tabesizlik bağlayıcıları cümlənin həmcins üzvlərini, eləcə də tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri bir – biri ilə bağlayır
Bu bağlayıcılar eyni hüquqlu sözlərin və eyni hüquqlu cümlələrin əlaqələnməsinə kömək edir
Tabesizlik bağlayıcıları yalnız tabeli mürəkkəb cümlələrdə işlənir

Felin şəxs və kəmiyyətə görə dəyişməsi haqqında fikirlərdən biri səhvdir:

Felin bildirdiyi hərəkət ayrı – ayrı şəxslər tərəfindən icra edilir
Azərbaycan dilində qrammatik cəhətdən 3 şəxs var
Fellər şəxslərə aid şəkilçilər qəbul etsələr də dəyişmir
Felin şəxs və kəmiyyətə görə dəyişməsini göstərən şəkilçilər şəxs sonluqları adlanır

"Mən dünən onlara gedirdim." cümləsində "gedirdim" feli hansı zamandadır?

Keçmiş zaman
Qəti-gələcək
İndiki zaman
Qeyri-qəti gələcək
Heç biri

İsimləşmiş feili sifət olan cümləni göstərin

Sayanın quluyam, saymayanın ağası
Qürbət görməyən adam vətən qədri bilməz
Çalağan pişik balasının üstünə şığıdı
Bu yerlərin dəyişkən iqlimi var
Sürüdəki keçilərdən biri yaman vurağan idi

Hansı cümlədə feli bağlama işlənib?

Mağazaya gedib kitab alacağam
Lalə dərsə gəlməyib
Anam asılası paltarları götürdü
Əlaçı olmaq üçün çox çalışmaq lazımdır
Evə yollandım

Mürəkkəb fellər hansı cərgədədir?

rast gəlmək, yola gəlmək
həll etmək, yaza bilmək
deyib-gülmək, atılıb-düşmək
ürəyi yanmaq, ürəyi getmək
silib-süpürmək, yaxşı olmaq

Felin icbar növünün şəkilçisi hansıdır?

-dır -t
-ıl -ın
-ış -ş
-çı, -çi, -çu, -çü

Uyğunsuzluğu seçin:

Dünən – zaman zərfi
Bir az – miqdar zərfi
Hara – yer zərfi
İrəli – yer zərfi

Modal sözün məna növlərinin hansında vergül qoyulmur?

Bənzətmə və müqayisə
Güman ,şübhə
Nəticə
Fikrin mənbəyi
Əminlik

Qismən dəfələrlə tamamilə kimi sözlər hansı zərfə aiddir?

zaman zərfi
tərz-hərəkət zərfi
miqdar zərfi
yer zərfi

Zaman zərfi haqqında fikirlərdən biri düzgündür:

Zaman zərfləri felə aid olub, hərəkətin kəmiyyətini bildirir
Zaman zərfi hara? haraya? harada? suallarına cavab verir
Zərfin bu növü hərəkətin necə, nə vəziyyətdə icra edildiyini bildirir
Zərfin bu növü hərəkətin icra olunduğu vaxtı bildirir

Cümlələrdən birində - ma, - mə şəkilçisi qəbul etmiş sözlərdən biri felin inkar formasındadır:

Yığma futbol komandalarının ölkələrarası turniri başlanmışdır
Sən heç nəyə dəymə, heç şeyi yoxlama
Qızdırma onu əldən salmışdı
Keçmişdən qalma adətləri qorumaq lazımdır

Feli bağlamanın felə aid xüsusiyyətlərindən hansı səhvdir?

Hərəkət bildirir
Təsdiq və inkarda olur
Təsirli və təsirsiz olur
Cümlədə zərflik olur

Zərflər daha çox hansı nitq hissələri ilə ortaq ola bilir?

isim, sifət, say
isim, əvəzlik, fel
sifət, qoşma, bağlayıcı
sifət, say, fel
isim, ədat, feli bağlama

Hansı şəkilçi təsirli feldən təsirsiz fel düzəldə bilir?

-ış(-iş, -uş, -üş)
-lıq(-lik, -luq, -lük)
-dı(-di, -du, -dü)
-acaq,-əcək

Modal sözlərin orfoqrafiyası haqqındakı fikirlərdən biri səhvdir:

Modal sözlər cümlədə başqa sözlərdən ayrı tələffüz edilir və ayrı yazılır
Cümlənin əvvəlində işlənən modal sözlərdən sonra vergül qoyulur
Modal sözlər şifahi nitqdə xüsusi fasilə ilə cümlənin başqa hissələrindən ayrılır
Modal sözlər heç bir köməkçi vasitə olmadan cümlədə işlənə bilmir

Felin nəqli keçmiş zaman şəkilçisi -ıb, -ib,-ub, -ub neçənci şəxsə aid fellərə qoşula bilmir?

3-cü şəxsə
1-3-cü şəxslərə
1-ci şəxsin təkinə və cəminə
bütün şəxslərə
2-ci şəxsə

Qoşma ismin hansı hallarına qoşulur?

adlıq, yiyəlik, yönlük, təsirlik
adlıq, yiyəlik, yönlük, çıxışlıq
yiyəlik, yönlük, təsirlik, çıxışlıq
adlıq, yerlik, təsirlik, çıxışlıq
yerlik, təsirlik, çıxışlıq

Hansılar mürəkkəb bağlayıcılar deyil?

hərgah, nəinki
halbuki, habelə
amma, çünki
ya da, buna görə

Cümlələrdən birində “ ilə ” bağlayıcıdır:

Ağlı ilə gücü onu bu çətinlikdən qurtardı
Əli ilə vacib işim var
Səfərə gəmi ilə gedirik
Odunu balta ilə doğra

Hansı cümlədə "bəs" sözü ədat deyil?

Bəs mən bunu niyə bilmirəm
niyə getmədiniz bəs
bəs eləyincə oynadılar
bəs kitabı oxumadın
bəs nə vaxt gedəcəksən

Bağlayıcı və ədat kimi işlənən sözləri göstərin:

təkcə, tək
amma, kaş ki
necə, nə
ancaq, ki

Hansı cümlədə yer zərfi işlədilmişdir?

Sənin kimilərini çox görmüşəm
Sabah istirahət yerinə yola düşəcəyəm
Sabah günortadan sonra sizə gələcəyəm
Düşmən geriyə çəkilir

Səhərlər yuxudan tez oyat məni
Qoyma axşamlarda tez yatım ana.
Bir qaradaş bilər bu həyat məni
Yuxularda keçsə həyatım ana.
Fellər haqqında düzgün variantı seçin:

Hamisi əmr şəklindədir
Üçü əmr, biri şərt, biri xəbər şəklindədir
ikisi əmr, biri xəbər, biri şərt şəklindədir
Hamisi xəbər şəklindədir

Məsdər hansı cümlədə verilmişdir?

Orxan bu gün məktəbə gəlmədi
Bilməmək eyib deyil, soruşmamaq eyibdir
Akif müəlliməsinə bu sualı verməkdən çəkinmədi
Bu gün nədənsə qonaqlar bizə gəlmədi
Bükülmüş kağız açıldı

Əsas nitq hissələrinin köməkçi nitq hissələrindən əsas fərqi:

Leksik mənası olması
Müstəqil suala cavab verməməsi
Şəkilçi qəbul etməməsi
Ayrılıqda cümlə üzvü kimi işlənməməsi

Hansı cümlədə təsirsiz feldən düzəlmiş təsirsiz fel vardır?

Nəhayət, mənə də söz verildi
Bu söz məni yaman qorxutdu
Sən onu kiməsə oxşadırsan
Gördüyünüz bu möhtəşəm bina XIX əsrdə yaradılıb
Geyinməyində təhri var, bacım!
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.