Sizin hazırki nikiniz (ləğəbiniz)

Mürəkkəb cümlələr

Tabeli mürəkkəb cümlələr. Hissə 1.

Test ID - 164
Müəllif: tuba97 (Əlavə edilib: 13.08.2012)

".....birlik var, orada dirilik var" cümləsində hansı bağlayıcı söz uyğun gəlir?

haradan
haraya
harada
kimdə
nədə

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Qarşılıq – güzəşt budaq cümləsini seçin:

Ata nə edirdisə, uşaq da təkara edirdi
Gecə yarıdan keçmişdi, hamı yatırdı
Gecə yarıdan keçsə də, heç kəs yatmamışdı
Hara getdisə, heç kəsin xəbəri olmadı

Səbəb-budaq cümləsi hansı budaq cümləyə bənzəyir?

tamamlıq
təyin
məqsəd
mübtəda
xəbər

Cümlələrdən biri mürəkkəb cümlə deyil?

Günəş öz işığını çoxaldır, ətrafda xoş mənzərə yaranırdı
Mən səni səslədim ki, kömək edəsən
Müəllim sinfə daxil oldu və dərs başladı
Əhməd əlindəki kitabı yoldaşına uzatdı
Mənim ən böyük arzum budur ki, torpaqlarımızı azad görüm

Cümlələrdən biri aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə deyil:

Ağız deyəni qulaq eşitmirdi: iyirmi – otuz adam üz – üzə, çiyin – çiyinə oynayırdı
Ot öz kökünün üstündə bitir: adam ya ağılda, ya da vücudda öz nəslinə çəkməlidir
Səlim başını tərpətdi, yəni o razı idi
Ağacdakı quşlar səs saldı, uşaq diksindi

Mən otaqdan çıxmaq istəyəndə bir nəfər içəri girdi-cümləsini mürəkkəb cümləyə çevirsək, nə budaq cümləsi yaranar?

xəbər budaq cümləsi
tamamlıq budaq cümləsi
zaman budaq cümləsi
yer budaq cümləsi

Aşağıdakılardan hansı budaq cümlənin növlərinə aid deyil?

Təyin budaq cümləsi
Yer budaq cümləsi
Məqsəd budaq cümləsi
Nəticə budaq cümləsi
Xəbər budaq cümləsi

"Axşam o, məlumatı diqqətlə oxudu." Cümləsində zərfin məna növlərini göstərin:

Miqdar, yer
Zaman, tərzi-hərəkət
Zaman, yer
Zaman, miqdar
Yer, tərzi-hərəkət

Mürəkkəb cümlənin hər iki növü üçün ortaq əlamət hansıdır?

Bərabərhüquqlu sadə cümlələrdən təşkil olunmaq
Baş və budaq cümlələrdən ibarət olmaq
Bağlayıcı sözlərin iştirakı
Əsasən, tabesizlik bağlayıcıları ilə əlaqələnmək

Qarşılıq – güzəşt budaq cümləsinin əsas qrammatik formasıdır:

-sa da, -sə də
-sa, -sə
-ki, və
Nə, kimə?, nəyə?

“ Bu il havaların soyuq keçməsinə baxmayaraq, əkin yaxşı oldu ” cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?

Qarşılıq – güzəşt budaq cümləsi
Şərt budaq cümləsi
Təyin budaq cümləsi
Xəbər budaq cümləsi

“ Yağış elə yağırdı ki, elə bil yuxarıdan su tökülürdü ” cümləsi zərflik budaq cümləsinin hansı növünə aiddir:

Tərzi – hərəkət budaq cümləsi
Yer budaq cümləsi
Səbəb budaq cümləsi
Məqsəd budaq cümləsi

Biri mürəkkəb cümlə deyil;

Anam, atam bizim üçün aldıqları hədiyyələri gətirdilər, sonra bizə verdilər.
Anam və atam bizim üçün aldıqları hədiyyələri gətirdilər, sonra biz onları götürdük.
Anam və atam bizə hədiyyə aldı, atam onları bizə payladı
Anam atamın aldığı hədiyyələri gətirdi və biz onları sevinclə açdıq
Atam anamla aldığı hədiyyələri açdı, biz onlarla oynadıq

Tərzi – hərəkət budaq cümləsi hansı suallara cavab verir?

Necə? nə cür?
Necə? nə cür? hansı?
Harada? haradan?
Nə qədər?

Hansı əlaqə növü bütün tabeli mürəkkəb cümlələrdə olur?

Ardıcıllıq
Səbəb- nəticə
Qarşılaşdırma
Zaman
Heç biri

Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələrdən hansı səhvdir?

Arxa nə qədər möhkəm olsa, qohumlar özlərini o qədər arxayın sanar, asudə yaşayarlar
Öz evindir, nə qədər istəyirsən o qədər qal
Belə bir mənzərəni görmək Nəriman üçün nə qədər ağır olsa da, nəzərini çəkə bilmirdi
Sən nə qədər demişdin, mən də bir o qədər aldım

“ Yazın yuxusu nə qədər şirindirsə, oyaqlığı da o qədər ləzzətlidir ” cümləsinin növünü müəyyən edin:

Kəmiyyət budaq cümləsi
Yer budaq cümləsi
Zaman budaq cümləsi
Məqsəd budaq cümləsi

Budaq cümlənin növlərindən biri deyil:

Mübtəda budaq cümləsi
Xəbər budaq cümləsi
Tamamlıq budaq cümləsi
Sual budaq cümləsi

Yer budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:

Yer budaq cümləsi baş cümlədəki hərəkətin yerini bildirir
Yer budaq cümləsi baş cümlədən əvvəl gəlir
Yer budaq cümləsi baş cümləyə bəzən haraya, harada, haradan bağlayıcı sözlərlə bağlanır
Yer budaq cümləsində baş cümlədə yönlük, yerlik və çıxışlıq hallarda oraya, orada, oradan sözləri olmadıqda, onları bərpa etmək mümkün olmur

Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasındakı məna əlaqələrindən biri yanlışdır?

Birləşdirmə əlaqəsi
Bölüşdürmə Əlaqəsi
Zaman əlaqəsi
Aydınlaşdırma əlaqəsi

Zərflik budaq cümləsi baş cümlənin ifadə etdiyi hal və hərəkətin yerini bildirdiyi cümlə:

Cəmiyyət hara vurursa, oradan dirilik suyu qaynayır
Elə oxu ki, mən də eşidim
Elə danışmalısan ki, sözlərini hamı eşitsin
Elə yaz ki, oxumaq olsun
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.