Mürəkkəb cümlələr

Zaman budaq cümləsi. Hissə 1.

Test ID - 49380
Müəllif: Admin (Əlavə edilib: 28.07.2011)

Zaman budaq cümləli tabeli mürəkkəb cümlələrdən hansı yanlışdır?

Nə vaxt əlaçı olsan, səni də təbrik edərlər
Nə qədər uzaq olsa, bir elə xoşdur
O gün ki, aləmə yayıldı şölən, Dağlar öz donunu lalədən biçdi
Oğlan o zaman kəndə çatdı ki, iş işdən keçmişdi

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Hansı mürəkkəb cümlə deyil?

Səlmanın qorxusundan gözləri hədəqəsindən çıxmış, rəngi saralmışdı
Yaz gəldi, hər tərəfdə torpaq onun ilıq nəfəsi ilə qızınmağa başladı
Həm uşaqları çağırmışıq, həm də onların valideyinlərini
Oğru da mənəm, doğru da?
O, qapıdan içəri girəndə ayağa durduq, keçib əyləşəndən sonra biz də oturduq

Yer budaq cümləsini göstər

Məlumdur ki, Azərbaycanda 9 milyon əhali yaşayır.
Naməni elə yazmışam ki, Mirzə Valeh təpəsi üstə gələr.
Istəyirəm ki,hamınız əlacı olasınız.
Elə xatirələr var ki, yaddan çıxmır
Cəmiyyət hara vurursa, oradan dirilik suyu qaynayır.

Cümlələrdən biri zaman əlaqəli tabesiz mürəkkəb cümlə deyil:

Mən kəndə çatanda külək davam edir və küçələrdən sel axırdı
Evdəki uşaqlardan biri dərsini yazır, biri kitab oxuyur, biri şəkil çəkirdi
Elektrik naqilləri qırıldı, işıq söndü
Qarmon çalınır, nəğmə oxunur, rəqs edilir

Şərt budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:

Şərt budaq cümləsi baş cümləyə əgər, hərgah, madam ki, indi ki, bir halda ki bağlayıcıları ilə bağlanır
Şərt budaq cümləsi baş cümləyə intonasiya ilə bağlanmır
Şərt budaq cümləli tabeli mürəkkəb cümlələrin elə tipi də var ki, baş cümlə əvvəl işlənir
Şərt budaq cümləsində bu şərtlə, o şərtlə, bir şərtlə qəlib sözlərindən biri iştirak edir

Budaq cümlənin növlərindən biri deyil:

Mübtəda budaq cümləsi
Xəbər budaq cümləsi
Tamamlıq budaq cümləsi
Sual budaq cümləsi

Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələr:

Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin səbəbini bildirir
Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir
Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir
Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin miqdarını bildirir

Cümlələrdən biri tabesiz mürəkkəb cümlədir:

Əli danışır, yazır
Əli danışsa, yazar
Əli danışdımı, yazacaq
Əli danışdı, danışmadım

Qarşılaşdırma əlaqəli tabeli mürəkkəb cümlələrdən hansı yanlışdır?

Aslanın sualı usta üçün təzə olmasa da, qəribə görünürdü
İntizar saatları nə qədər ağır olsa da, gəlib keçdi
Qızılgül ətrindən doysa bir nəfər, ona haram olar başqa ətirlər
Varım, dövlətim olmasa da, qolumun gücü ilə sizə kömək edərəm

“ Yazın yuxusu nə qədər şirindirsə, oyaqlığı da o qədər ləzzətlidir ” cümləsinin növünü müəyyən edin:

Kəmiyyət budaq cümləsi
Yer budaq cümləsi
Zaman budaq cümləsi
Məqsəd budaq cümləsi

Sözlərin bir hərfə görə fəqlənməsinə nə deyilir?

Fonem
Akustika
Paronim
Epitet
Mübaliğə

Budaq cümlənin vəzifəsi nədir?

Baş cümləni özünə tabe etmək
Cümlələr arasında əlaqə yaratmaq
Modallıq yaratmaq
Baş cümləyə tabe olmaq, onu izah etmək

Xəbər budaq cümləli tabeli mürəkkəb cümləni göstərin

Bu elə meyvədir ki, yeyəndə cavanlaşırsan.
Sən nə cür istəyirsən, elə də düzəlt
Mən bilirəm. Sən nə fikirləşirsən.
Ölkəmizin təbii sərvətlərə malik olduğu hamıya məlumdur
Son söz bu idi ki, onu kəndlərinə aparsınlar

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlə nə vaxt sadə cümləyə çevrilə bilməz?

Cümlə mürəkkəb olduqda
Baş cümlə əvvəl gəldikdə
Bağlayıcılar olduqda
Budaq cümlə əvvəl gəldikdə
Bağlayıcılar olmadıqda

Vurğusu ilk hecaya düşən sözlər cərgəsini göstərin:

mahir, Türkiyə, şərait
kafedra, London, məsələn
bəlkə, direktor, Avropa
avtobus, estetika, qışlaq
səhər, gömgöy, gəlmişik

Tərzi-hərəkət budaq cümləsi nə bildirir?

hal və hərəkətin tərzini hərəkətini
mürəkkəb cümlədir
hal və hərəkətin səbəbini
kəmiyyət bildirir
hal və hərəkətin hansı tərzdə olduğunu

Hansı bitişik yazılan mürəkkəb feldir?
A)istiotlamaq
B)yazismaq
C)guldurmek
D)naxoslamq
E)geyinmek

bitisik yazilan mürəkkəb feldir
felin birgelik növüdur düzəltmedir
felin məlum növdədir
düzəltmedir
felin qaydis növündedir

,, Hara istəyirsən, ora gedək'' tabeli mürəkkəb cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var

yer budaq cümləsi
mübtəda budaq cümləsi
xəbər budaq cümləsi
tərzi-hərəkət budaq cümləsi
tamamlıq budaq cümləsi

Tabesiz cümlənin növləri nəyə əsasən fərqlənir?

tabelilik əlaqələrinə
baş üzvlərə
məna əlaqələrinə
ikinci dərəcəli üzvlərə
bağlayıcılara

"Axşam o, məlumatı diqqətlə oxudu." Cümləsində zərfin məna növlərini göstərin:

Miqdar, yer
Zaman, tərzi-hərəkət
Zaman, yer
Zaman, miqdar
Yer, tərzi-hərəkət

Zaman əlaqəsinin əsas göstəriciləri hansılardır?

İnkar bağlayıcısı
İştirak bağlayıcısı
Birləşdirmə bağlayıcısı
Zaman şəkilçiləri
İntonasiya
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed