İzahlı lüğət

ZƏHƏR

is. [fars.] 1. Canlı orqanizmi zəhərləndirə bilən maddə; ağı. ilan zəhəri. Öldürücü zəhər. Zəhər vermək (zəhərləmək). □ Zəhər yemək - özünü öldürmək üçün zəhər içmək. // məc. Çox acı şey haqqında. Bu dərman lap zəhərdir. □ Zəhər kimi - çox acı. // məc. Çox mənfi təsiri olan şey. Şovinizm zəhəri.
2. məc. dan. Mikrob mənasında. Hindistanda Qanq çayı bizim Kür çayından çox böyükdür, ..amma bu sudan vəba zəhəri heç əskik olmur. C.Məmmədquluzadə.
□□ Zəhər dağarcığı (tuluğu, torbası) dan. dili çox acı adam haqqında. [Əsgər:] ..Zəhər torbası yuxudan ayılıb gəlmək istəyir. N.Vəzirov. Zəhər etmək (eləmək) - b a x zəhər qatmaq. Zəhər içirtmək məc. - həyatını zəhərləmək, gününü qara eləmək, həyatını əziyyətə salmaq. Namərdləri oylaqlardan köçürtdüm; Yağı düşmənlərə zəhər içirtdim. “Koroğlu” . Zəhər qatılmaq - tamamilə korlanmaq, zəhərlənmək. Ogünkü nəşəmə zəhər qatılmış olduğundan çox dalğın idi(m).. Şaiq. Niyə zəhər qatılsın kişinin nəşəsinə.. Vahabzadə. Zəhər qatmaq məc. - tamamilə korlamaq, pozmaq, xarab etmək, zəhərləmək. Zəhər uddurmaq - b a x zəhər içirtmək. Zəhər yeyəsən! dan. -qarğış, nifrin, söyüş ifadəsi. Zəhərə döndərmək -bax zəhər qatmaq. Bir stəkan çay verdi, onu da zəhərə döndərdi. Zəhərə dönmək pozulmaq, xarab olmaq, pis, acı bir şeylə əvəz olunmaq. Yediyimiz zəhərə döndü. Üzgözündən (sifətindən) zəhər tökülmək (yağmaq) - çox qaşqabaqlı olmaq, acıqlı, qəzəbli görünmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

ZAL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed