Notice: session_start(): Ignoring session_start() because a session is already active in /home/shagirdinfo/public_html/menu/main_template.php on line 26

Warning: Undefined array key "part_number" in /home/shagirdinfo/public_html/menu/main_template.php on line 51

Notice: session_start(): Ignoring session_start() because a session is already active in /home/shagirdinfo/public_html/includes/functions NEW.php on line 29
ZAR1 sözünün izahı / ZAR1 sözünün mənası
Warning: Undefined variable $facebook_meta in /home/shagirdinfo/public_html/menu/main_template.php on line 346

Warning: Undefined array key "izahli_luget" in /home/shagirdinfo/public_html/menu/inc_i_l_by_id_with_comments_body.php on line 348

İzahlı lüğət

ZAR1

[fars.] klas. 1. Səslə, yanıqlı-yanıqlı ağlayan, inləyən, nalə edən, nalan (adətən izafətlərdə işlənir). Aşiqi-zar. Bülbüli-zar. // Yanıqlı-yanıqlı, həzin-həzin ağlama, inləmə; fəğan, nalə. □ Zar getmək - yanıqlıyanıqlı ağlamaq, fəğan etmək. Bülbül, qızılgül həsrəti; Qışı, yazı zar gedirəm. Aşıq Abbas; // Zar-zar. Gər nalə çəkməsin dilibimar, neyləsin? Aşıq gözüm gər ağlamasın zar, neyləsin? Qövsi. // Fəğan, nalə. Bülbül, bu nə nalə, fəryaddır; De, bu nə ah ilə zardır? Molla Cümə.
2. məc. Zəif, üzgün, əlacsız, çarəsiz, çıxılmaz (adətən tərkiblərdə işlənir). Cismi-zar. - Gər mən mən isəm, nəsən sən, ey yar? Vər sən sən isən, nəyəm məni-zar? Füzuli. Öldürən zamanda Zakiri-zarı; Əl saxla bir, qanlı qəməndən öpüm. Q.Zakir. Ilahidən qorxun, bir insaf edin; Az incidin məni-zari, sərçələr! Molla Cümə.
□□ Zar qalmaq - çarəsiz qalmaq, çıxılmaz vəziyyətdə olmaq, səfalət keçirmək. Millət.. çobanı itmiş qoyun sürüsü kimi zar və sərgərdan qalıb, axırda əcnəbilər əlində əsir və hər qisim zülm və bəlalara giriftar olacaqdır. F.Köçərli. Zar etmək - zinhara gəlmək, təngə gəlmək, usanmaq. Şəbi-meraci-visalım məni zar etdi rəqib; Görmədim, seyr elədim çərxi-müəlladəfərəh. S.Ə.Şirvani. Zar olmaq klas. - 1) təngə gəlmək, cana gəlmək. Nə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaq; Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq. S.Ə.Şirvani; 2) ağlamaqla keçmək, ağlamaq. Ney kimi nalə çəkib, çəng kimi zar olalım! Qövsi. Bənəfşə qoxulu yardan ayrılan; Gündə yasa batar, günü zar olur. M.P.Vaqif. Zara gəlmək - təngə gəlmək, cana gəlmək, usanmaq. Mən aşiqəm gülzarə; Cəmənzarə, gülzarə; Ayrılığa dözməkdən; Axır gəlib gül zarə. (Bayatı). Can zarə gəlib, ta ki o cananə qayıtsın. Heyran xanım. Artıq bunun nisyəsinin əlindən camaat zara gəlmişdi. S.Rəhman. Zara gətirmək - təngə gətirmək, cana gətirmək, zinhara gətirmək, usandırmaq. Gətirdin, ey könül, zarə məni sən ahü zarınla. S.Ə.Şirvani.
ZAR2 is. 1. Bədənin bəzi üzvlərini daxildən bürüyən incə nazik pərdə. Bu sözləri elə yanıq bir səslə, miskin bir tövrlə söylədi ki, qulaqlarımın zarında hiss etdiyim sızıdan bütün vücudum titrədi. A.Şaiq.
2. Bəzi meyvələrin nazik iç qabığı (pərdəsi). Nar zarı. Portağal zarı.
Öz fikrinizi bildirin

Warning: Undefined variable $start_number in /home/shagirdinfo/public_html/menu/inc_i_l_by_id_with_comments_body.php on line 515

Warning: Undefined variable $line_per_block in /home/shagirdinfo/public_html/menu/inc_i_l_by_id_with_comments_body.php on line 516
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Warning: Undefined variable $where_cond in /home/shagirdinfo/public_html/menu/inc_i_l_by_id_with_comments_body.php on line 558

Notice: session_start(): Ignoring session_start() because a session is already active in /home/shagirdinfo/public_html/ads/right_menu_adfter_loading_instagram_friends.php on line 125
......

Warning: Undefined array key "first_box_shown" in /home/shagirdinfo/public_html/menu/main_template.php on line 1824
first box will be shown second NOT