İzahlı lüğət

YOXLAMAQ

f . 1. Bir şeyin varlığı - yoxluğu, yaxud düzgünlüyü, həqiqi vəziyyəti barədə yəqinlik hasil etmək üçün onu gözdən keçirmək, təhqiq etmək, müayinə etmək, araşdırmaq. Hesabatı yoxlamaq. Məsələnin həllini yoxlamaq. Kassanı yoxlamaq. Siyahıda adları bir-bir yoxlamaq. Xəstənin səhhətini yoxlamaq. // Nəzarət məqsədi ilə təhqiq etmək, təftiş etmək; baxmaq. İşin gedişini yoxlamaq. idarənin fəaliyyətini yoxlamaq. - [Sarxan] növbədə duran qarovulu yoxlayıb, bəzi tapşırıqlar verdi. M.Hüseyn. // Eyni məqsədlə araşdırıb baxmaq. Məndən sonra iki nəfərin də çamadanını yoxladılar. M.Hüseyn. // Bir şeyin düzgün olub-olmadığını müəyyən etmək üçün nəzarətdən keçirmək. Biletləri yoxlamaq. Sənədləri yoxlamaq. - Qulam üzüaşağı enib küçədə dəmir sütuna rəbt edilmiş böyük saata baxdı, öz qol saatını yoxladı. S.Rəhimov.
Bir şeyə əl ilə toxunmaq; müəyyənləşdirmək. Nəbzini yoxlamaq. - Dimdik oturub ətrafımı yoxlarkən əlimə bir heyvan quyruğu toxundu, bu, bir pələng quyruğu idi. A.Şaiq. Məsmə arvad əlini can köynəyinin yaxasına salıb üçlüyü yoxladı. Mir Cəlal.
Biliyi, təcrübəni, keyfiyyəti və s.-ni öyrənmək məqsədi ilə təcrübədən, sınaqdan keçirmək. Şagirdlərin biliyini yoxlamaq. Adamları işdə yoxlamaq. // Bir alətin, cihazın, maşının və s.-nin saz olub-olmadığı haqqında yəqinlik əldə etmək üçün onu işlədib sınaqdan keçirmək. Yeni cihazları yoxlamaq. - Əvvəl maşının hissələrini yoxladı, yağladı, bir neçə yerini açıb içəriyə baxdı.. Ə.Sadıq.
Götür-qoy etmək, bir şey haqqında ətraflı düşünmək, fikirləşmək. ..Öz məsləhətlərini yoxlayıb bitərəf qalan hökumətlər bunlardır: Şvetsiya, Norvegiya, İran.. C.Məmmədquluzadə.
5. Bax yoluxmaq2. Bir dəfə Nurəddin sərçəni götürüb oynamaq bəhanəsi ilə qaçıb İmamverdi babanı yoxlamağa getdi. S.S.Axundov. [Məsmə:] ..Həftə nəhayətində onu yoxlamağa getdim. Mən onun səadəti üçün çalışırdım. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

YAZ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed